Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq






presstv

"Presstv"az #"Azəriqaz", #(SOCAR), #Azərbaycan, #Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR), #Qaradağ rayonu, #qaz sızması, #Qəbələ, #Qəbələ rayonu, #Sabunçu rayonu, #Təmir işləri, #Xəzər rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

presstvaz xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Zabrat-Buzovna-Türkan” yüksəktəzyiqli magistral qaz kəmərində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar mayın 23-də, saat 09:00-dan işlər başa çatanadək Sabunçu rayonunun Zabrat və Məhəmmədi qəsəbələrinin bir hissəsinin, Maştağa qəsəbəsinin, Maştağa-Gülçülük, Savalan, Maştağa-Nardaran yaşayış massivlərinin, Daş karxanası və Subtropik sovxozu ərazisinin, Maştağa-Ləhic bağlarının, Kürdəxanı kəndinin və ətraf ərazilərin, həmçinin Xəzər rayonunun Buzovna və Şağan qəsəbələrinin, Albalılıq, Atçılıq və Təmənis yaşayış massivlərinin qaz təchizatında müvəqqəti məhdudiyyət yaranacaq.

Eyni zamanda, “Semzavod” QPS-dən qidalanan əhali kollektorunun girişində baypas xətti üzərində quraşdırılmış nasaz siyirtmənin yenisi ilə əvəz olunması məqsədilə saat 10:00-dan etibarən Qaradağ rayonunun Sahil və Ümid qəsəbələrinin də qaz təchizatında fasilə olacaq.

22 may, 20:05

Sabah saat 10:00-dan etibarən Qəbələ rayonunun bir neçə kəndinin təbii qazla təchizatında fasilə yaranacaq.

presstvaz xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Zaqatala Regional Qaz İstismarı İdarəsinin Qəbələ xidmət sahəsi rayonun Böyük Əmili kəndində d-159 mm-lik ortatəzyiqli yerüstü qaz xəttində aşkarlanmış qaz sızmasının aradan qaldırılması ilə əlaqədar təmir işləri aparacaq.

Təmir işləri başa çatanadək Böyük Əmili, Kiçik Əmili, Zalam, Mamaylı, Ovculu, Bayramkoxa, Hacallı, Şamılı, Çuxur Qəbələ, Dizaxlı, Çarxana, Şəfili, Qaradeyin, Kürd, Savalan və Soltannuxa kəndlərində, ümumilikdə, 2 919 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qaz təchizatı təmir işləri başa çatdıqdan dərhal sonra bərpa ediləcək.

17:17

Neftçala rayonunun bir hissəsində qaz təchizatında fasilələr yaranacaq.

presstvaz xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, Neftçala rayonu Xolqarabucaq kəndində vətəndaşın müraciətinə əsasən d-108 mm-lik yerüstü qaz kəməri üzərində darvaza keçidinin quraşdırılması ilə əlaqədar, 23.05.2025-ci il saat 15:00-dan etibarən işlər başa çatanadək yaşayış məntəqəsində (448 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv