Çernobıl faciəsi haqda silinən səs yazıları: Qorbaçovun düşməninə çevrilən alimin sonu

Çernobıl faciəsi haqda silinən səs yazıları: Qorbaçovun düşməninə çevrilən alimin sonu






presstv

"Presstv"az #Dollar, #Hadisə, #SSRİ, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında ən çox əmək sərf edənlərdən biri, SSRİ-nin milyardlarla dollarlıq təzminatdan qorunmasında əvəzsiz rolu olan görkəmli alim – Valeri Leqasov.

O, hökumət komissiyasının üzvü kimi faciənin ilk günlərindən hadisə yerində olub. Valeri Leqasov reaktorun söndürülməsi, radiasiyanın yayılmasının qarşısının alınması və Pripyatın təxliyəsi ilə bağlı əsas qərarların müəllifidir.

SSRİ rəhbərliyinin təzyiqlərinə baxmayaraq, qəzanın əsl miqyasını dünyaya çatdıran, Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyinin konfransındakı çıxışı ilə beynəlxalq ictimaiyyətin münasibətini dəyişən Leqasov gizlədilməyə çalışılan bir çox qaranlıq məqamı açdığı üçün öz ölkəsində susduruldu və haqsızlıqlarla üzləşdi.

SSRİ rəhbərliyi ilə fikir ayrılıqları, səhhətindəki problemlər və təzyiqlər nəticəsində 1988-ci ildə həyatına son qoydu. O, yalnız ölümündən sonra qəhrəman kimi tanındı.

Ətraflı Baku TV-nin süjetində:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv