Azərbaycanda keçiriləcək “Formula-1” Qran-prisi üçün yeni tribunalar salınacaq

Azərbaycanda keçiriləcək “Formula-1” Qran-prisi üçün yeni tribunalar salınacaq






presstv

"Presstv"az #Azərbaycan, #Azərbaycan Qran-prisi, #Bakı, #Formula-1

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Formula-1” üzrə dünya çempionatının builki Azərbaycan Qran-prisinə hazırlıq işləri davam etdirilir.

presstvaz xəbər verir ki, bu il Bakı Şəhər Halqasında (BŞH) iki əlavə tribunanın quraşdırılması nəzərdə tutulub.

Artıq BŞH ətrafında tribunaların quraşdırılmasına başlanılıb. Həm yerli, həm də xarici azarkeşlər tərəfindən Azərbaycan Qran-prisinə artan marağı nəzərə alaraq, infrastrukturun genişlənməsi nəticəsində tribunaların tutumu 1 500 yer artırılaraq 20 000-i keçəcək.

Qeyd edək ki, keçənilki Azərbaycan Qran-prisini dörd gün ərzində tribunalardan canlı olaraq 76 000-dən çox azarkeş izləmişdi.

Hazırlıq işləri ilə əlaqədar olaraq Dənizkənarı Bulvarın bəzi hissələrində müvəqqəti məhdudiyyətlərin tətbiq olunması nəzərdə tutulur. Paytaxt sakinlərindən və qonaqlardan bu müddət ərzində anlayış göstərmələri xahiş olunur.

Xatırladaq ki, “Formula-1” üzrə builki Azərbaycan Qran-prisi sentyabrın 19-21-də keçiriləcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv