“İynələr tapırıq” – Sakinlər həyətlərində yaranan təhlükəli vəziyyətdən şikayətçidirlər

“İynələr tapırıq” – Sakinlər həyətlərində yaranan təhlükəli vəziyyətdən şikayətçidirlər






presstv

"Presstv"az #Hakim, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yasamal rayon sakinləri həyətdə öz vəsaitləri hesabına qurduqları istirahət meydançasının sökülməsindən narazılıq edirlər.

Onlar bildirirlər ki, binanın düz qarşısında idman kompleksinə məxsus havalandırma sistemi quraşdırılıb:

“Düz meydançanın ortasında yerləşdirilib. Dərinliyinə fikir verin, bu təhlükəlidir. Qonşulardan toplanan pulla işıqlandırma sistemi quraşdırmışdıq. İndi görürük ki, hamısını söküblər. Qaranlıq və sakit olduğu üçün narkomanlar gəlirlər, iynələr tapırıq”, – deyə sakinlərdən biri bildirib.

Məsələ ilə bağlı idman kompleksinə məxsus MMC-nin direktoru açıqlamasında bildirib ki, havalandırma sistemi ilə bina arasında 25-30 metr məsafə var.

Şirkətin hüquqşünası Mehman Muradlı isə qeyd edib ki, həmin ərazidə park və istirahət guşəsinin salınması nəzərdə tutulmayıb. Onun sözlərinə görə, Yasamal Rayon İcra Hakimiyyətinin razılığı əsasında həmin sahədə abadlıq işləri aparılacaq.

Ətraflı Baku TV-nin süjetində:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv