Bakı-Quba yolunda ağır QƏZA: Yaralananların adları məlum oldu

Bakı-Quba yolunda ağır QƏZA: Yaralananların adları məlum oldu






presstv

"Presstv"az #Araşdırma, #Araşdırma aparılır., #Avto, #avtomobillər, #Bakı, #Hadisə, #Nəqliyyat, #Quba, #Təcili Tibbi Yardım, #YouTube, #Yük maşını

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakı-Quba yolunun 30-cu kilometrliyində ağır yol-nəqliyyat hadisəsi zamanı yaralananların adları məlum olub.

presstvaz “Report”a istinadla xəbər verir ki, hadisə zamanı 1983-cü il təvəllüdlü Samiq Fərhad oğlu Abdullayevə məxsus, dayanmış vəziyyətdə olan “MAN” markalı, 77-BT-544 dövlət nömrə nişanlı yük avtomobilinə, 2001-ci il təvəllüdlü Ramazan Habil oğlu Həsənovun idarə etdiyi “Mercedes ML” markalı, 77-TB-495 dövlət nömrə nişanlı minik avtomobili çırpılıb.

Qəza nəticəsində sürücü Ramazan Həsənov qapalı kəllə-beyin travması və baş beynin silkələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Yük avtomobilinin sahibi Samiq Abdullayev isə döş qəfəsində əzik və sağ ayağında sınıq xəsarətləri alıb.

“Mercedes ML”də sərnişin qismində olan, 1986-cı il təvəllüdlü Ruslan İsmayıl oğlu Rzayev isə aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində həlak olub.

Faktla bağlı araşdırma aparılır.

20 may, 23:01

Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsində qəza olub, ölən və yaralananlar var.

presstvaz “Report”a istinadən xəbər verir ki, hadisə zamanı “Mercedes-Benz” markalı minik avtomobili yük maşınına çırpılıb.

Toqquşma nəticəsində 1986-cı il təvəllüdlü Ruslan İsmayıl oğlu Rzayev hadisə yerində dünyasını dəyişib, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıblar. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları cəlb olunublar.

Hadisə baş verdiyi zaman yük avtomobili yolun kənarında dayanmış vəziyyətdə olub. Onun sürücüsü maşının arxa hissəsində olub. Bu zaman Quba istiqamətində yüksək sürətlə hərəkət edən “Mercedes” markalı minik avtomobili əvvəlcə yük maşınının sürücüsünü vurub, daha sonra isə özü də yük maşınına çırpılıb.

Hadisə nəticəsində yük maşınının sürücüsü ağır xəsarətlər alıb. “Mercedes” markalı avtomobilin sürücüsü də xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Təəssüf ki, həmin avtomobildə sərnişin qismində olan şəxs hadisə yerində həyatını itirib.

Sumqayıt Tibb Mərkəzindən verilən məlumata görə, müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi yardımlar göstərilib. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri orta ağırdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv