Hərbi xidmət və tibbi müayinədən yayınanları nə gözləyir?






presstv

"Presstv"az #44 günlük Vətən müharibəsi, #Azərbaycan, #Hərbi xidmətə çağırış, #İlham Əliyev, #Müharibə, #Nazirlər Kabineti, #Vətən müharibəsi, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi xidmətdən və tibbi müayinədən yayınma halları ilə bağlı məlumat yayıb.

presstvaz xəbər verir ki, bu barədə xidmətdən bildirilib.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə səfərbərlik və hərbi xidmətə çağırış, eləcə də ehtiyatda olan şəxsi heyətin qeydiyyatı sahəsində vəziyyətin bu istiqamətdə aparıcı dövlətlərdə görülən işlərlə uyğunlaşdırılması üzrə tədbirlər keçirilir. Belə ki, qanunvericilik sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi, şəffaflığın təmin olunması və müddətli həqiqi hərbi xidmətə çağırışdan yayınma hallarının qarşısının alınması, habelə ölkənin çağırış və səfərbərlik resursunun dürüstləşdirilməsi istiqamətində aparılan islahatlar çərçivəsində bir sıra qanunlara dəyişikliklər edilib. Həmçinin çağırışçılar və hərbi vəzifəlilər özləri haqqında məlumatları vaxtında vermədikdə, möhlətləri olanlar tələb edilən vaxtda xidmətin qeydiyyatda olduqları struktur bölmələrinə gəlmədikdə barələrində Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsi və Cinayət Məcəlləsinə əsasən tətbiq olunacaq tədbirlər də sərtləşdirilib”, – məlumatda deyilir.

Qeyd olunur ki, artıq vətəndaşlar (çağırışaqədər yaş həddində olanlara münasibətdə isə onların qanuni nümayəndələri – valideynləri, övladlığa götürənlər və ya himayəçiləri) öz hərbi vəzifələrinin icrası ilə bağlı məlumatlarla tanış olmaq, məlumatları əldə etmək, müvafiq məlumatların dəyişdirilməsi üçün müraciət etmək, dəyişikliklərlə bağlı məlumat almaq, müraciətləri elektron formada göndərmək, xidmətlərdən istifadə etmək və ödənişləri həyata keçirmək üçün Elektron Hökumət İnformasiya Sistemində xüsusi fərdi elektron səhifə (elektron kabinet) yaratmalıdırlar:

“Bununla yanaşı hərbi uçot, qeydiyyat ünvanının dəyişdirilməsi, sağlamlığa görə möhlət, növbəti müayinə vaxtı və digər məlumatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənmiş hərbi biletdə də qeyd olunur (hərbi biletdəki məlumatlarla https://e-qanun.az/framework/31791 saytında tanış olmaq mümkündür)”.

Bəs qanunu pozmamaq və cərimələnməmək üçün nələrə diqqət yetirmək lazımdır? Ümumiyyətlə vətəndaşların dövlət qarşısında hansı öhdəlikləri var?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib ki, əslində, hərbi vəzifəlilərin öhdəlikləri onların hərbi biletlərinin müvafiq səhifələrində qeyd olunub.

“Qeyd edim ki, hazırda Dövlət Xidmətinin göstərdiyi bütün xidmətlərin elektron qaydada həyata keçirilməsi prioritet məsələlərdən biridir. Qanunvericiliyə edilmiş dəyişikliklər milli təhlükəsizliyimizi gücləndirmək, Silahlı Qüvvələri çağırışçılarla vaxtında və keyfiyyətli komplektləşdirmək, səfərbərlik sisteminin səmərəliliyini artırmaq məqsədini daşıyır. Azərbaycan Respublikasının vətəndaşlarının hərbi xidmətə çağırışı, o cümlədən tibbi müayinədən keçməsi və tibbi şəhadətləndirmə ilə bağlı məlumatlandırma, həmçinin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçirilir və bununla bağlı çağırış vərəqəsi elektron formada vətəndaşın elektron kabinetinə yerləşdirilir. Təbii ki, “MyGov” mobil tətbiqini yükləmək də zəruridir. Xəbərdar olunmuş vətəndaş vaxtında qeydiyyatda olduğu struktur bölməmizə yaxınlaşmasına görə məsuliyyət daşıyır”.

Şöbə rəisi bildirib ki, qanunda edilən dəyişikliklərə görə, hərbi uçot, hərbi qeydiyyat, çağırış və səfərbərlik qaydalarını pozan vətəndaşlara münasibətdə məsuliyyət tədbirləri sərtləşdirilib və cərimələrin məbləği artırılıb.

“2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı hamının “Dəmir yumruq” ətrafında birləşərək Vətənin müdafiəsinə getmək istəməsi vətəndaşların həmrəyliyini və gücünü nümayiş etdirdi. Əsas məqsədimiz sülh dövründə də vətəndaşla dövlət qurumları arasında olan münasibətləri daha şəffaf və məsuliyyətli olmasını təmin etməkdir. Bir daha vətəndaşlara səslənərək bildirmək istərdik ki, hərbi vəzifələrin icrası ilə bağlı dövlət qarşısında olan öhdəliklərinə məsuliyyətlə yanaşsınlar”, – deyə Pərviz Sədrəddinov bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv