Yaponiya yaxın bir neçə ildə termonüvə elektrik stansiyasını işə salmağa hazırlaşır

Yaponiya yaxın bir neçə ildə termonüvə elektrik stansiyasını işə salmağa hazırlaşır






presstv

"Presstv"az #ABŞ, #Cənubi Koreya, #Çin, #Fransa, #Hindistan, #Qazax, #Qazaxıstan, #Rusiya, #Yaponiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yaponiya hökuməti 2030-cu illərdə sınaq məqsədli termonüvə elektrik stansiyası qurmağı planlaşdırır.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə “Nikkei” qəzeti xəbər yayıb.

2023-cü ildə qəbul edilən milli strategiyada dəqiq tarix göstərilməsə də, yeni əsas sənəddə bu sahədə təxmini vaxt cədvəli və pilot layihə üçün yol xəritəsinin əks olunması gözlənilir. Hökumət, həmçinin hüquqi baza və maliyyə ayrılması məsələlərini də planlaşdırır.

Bildirilib ki, 2023-cü ildə “Mitsubishi”, KEPCO və dövlət fondunu da əhatə edən 16 şirkətdən ibarət konsorsium “Kyoto Fusioneering” startapına 10 milyard yen (təxminən 117.2 milyon manat) sərmayə yatırıb. Bu şirkət plazmanın qızdırılması üçün vacib komponentlərdən sayılan güclü girotronlardan istifadə edir.

Hazırda dünya üzrə termonüvə sintezi texnologiyalarının inkişaf mərhələsindədir və Yaponiya bu sahədə liderliyə can atır.

Yaponiya, həmçinin beynəlxalq eksperimental termonüvə reaktorunun (ITER) yaradılması layihəsinin iştirakçılarından biridir. Bu layihə Marsel (Fransa) yaxınlığında dünyanın ilk beynəlxalq tokamakının – yeni nəsil termonüvə eksperimental reaktorunun tikintisini nəzərdə tutur. Reaktor Aİ ölkələri, Rusiya, Çin, ABŞ, Hindistan, Qazaxıstan, Yaponiya və Cənubi Koreya mütəxəssisləri tərəfindən yaradılır. ITER-in məqsədi bəşəriyyətin sülh məqsədləri üçün termonüvə enerjisi əldə etməsinin elmi və texniki imkanını nümayiş etdirməkdir. Layihənin yenilənmiş inkişaf strategiyasına əsasən, ITER-də ilk eksperimentlər 2034-cü ildə başlayacaq, bu qurğunun tam fəaliyyəti isə 2039-cu ilə planlaşdırılıb.

Qeyd edək ki, Yaponiyada hazırda iki eksperimental tokamak mövcuddur – İbaraki prefekturasındakı JT-60 və Fukuoka prefekturasındakı QUEST.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv