Ulu öndər Heydər Əliyevə həsr olunan tədbirdə 308 tələbəyə “Adlı təqaüd” verilib

Ulu öndər Heydər Əliyevə həsr olunan tədbirdə 308 tələbəyə “Adlı təqaüd” verilib






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Heydər Əliyev, #Heydər Əliyev Fondu, #İlham Əliyev, #Milli Məclis, #Peşə təhsili, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİRK) tərəfindən təhsildə və tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən 308 tələbəyə “Adlı təqaüd” təqdim edilib.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan “Adlı təqaüd” tədbiri Bakı Ali Neft Məktəbində (BANM) keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu gənclər siyasətindən danışıb, gənclərin vətənpərvərlik ruhunda böyüməsi, potensialının reallaşdırılması, yüksəkixtisaslı kadr kimi formalaşması istiqamətində görülən işləri vurğulayıb. Heydər Əliyev Fondunun Azərbaycan gəncliyinin inkişafındakı xidmətlərindən bəhs edən AHİK sədri Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə elm, təhsil, mədəniyyət, səhiyyə, idman və digər sahələrdə həyata keçirilən mühüm layihələri diqqətə çatdırıb. Qeyd edilib ki, Azərbaycan həmkarlar ittifaqları da dövlətin gənclər siyasətinə fəal dəstək verir, onların sosial müdafiəsinin gücləndirilməsi, əmək hüquqlarının qorunması və potensialının inkişaf etdirilməsi istiqamətində müxtəlif tədbirlər və layihələr həyata keçirir. Belə layihələrdən biri olan “Adlı təqaüd” tələbə gənclərin elmə və təhsilə marağının artmasına, onların fərdi və peşəkar inkişafına əhəmiyyətli töhfə verir.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov təhsil sahəsində aparılan islahatlar, ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan, gənclərin yüksək səviyyədə təhsil almaları üçün yaradılan əlverişli şəraitdən bəhs edib, “Adlı təqaüd” layihəsinin önəmini vurğulayıb.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Azərbaycan gəncliyinin elmə marağının artması istiqamətində görülən işlər, gənclərimizin elmi nailiyyətlərindən danışıb, Bakı Ali Neft Məktəbi tələbələrinin uğurlarını, Azərbaycanın ali təhsil müəssisələrində müxtəlif sahələr üzrə gələcəyin peşəkar mütəxəssislərinin yetişdiyini vurğulayıblar.

Qeyd edək ki, təqaüd ölkənin müxtəlif orta ixtisas, peşə təhsili və ali təhsil müəssisələrində əla və yaxşı qiymətlərlə oxuyan, tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən tələbələrə verilir.

ATİAHİRK-nın “Adlı təqaüd” layihəsi 1995-ci ildən həyata keçirilir. Əvvəlki illərdə hər semestr üzrə 65 tələbəyə, 2024-25-ci tədris ilinin birinci semestrinin yekunlarına görə 100, ikinci semestrinin nəticələrinə əsasən isə 308 tələbəyə “Adlı təqaüd” verilib. İndiyədək 3 179 tələbə bu təqaüdə layiq görülüb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv