Naftalanda yaşayış binasında yanğın – Tüstüdən zəhərlənənlər var

Naftalanda yaşayış binasında yanğın – Tüstüdən zəhərlənənlər var






presstv

"Presstv"az #Araşdırma, #Araşdırma aparılır., #Hadisə, #Həkim, #Təcili Tibbi Yardım, #Təmir işləri

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Naftalan şəhərində yerləşən doqquz mərtəbəli yaşayış binasında yanğın baş verib.

presstvaz APA-ya istinadən xəbər verir ki, hadisə binanın səkkizinci mərtəbəsində təmir işləri aparılan mənzildə qeydə alınıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb və alovun digər mənzillərə keçməsinin qarşısı alınıb.

Yanğın zamanı binanın doqquzuncu mərtəbəsində yaşayan sakinlər – 1973-cü il təvəllüdlü Ulduz Əhmədova və onun oğlu, 1990-cı il təvəllüdlü Bəxtiyar Əhmədov tüstüdən zəhərləniblər. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası tərəfindən onlara ilkin tibbi yardım göstərilib. Həkimlərin verdiyi məlumata görə, hər iki şəxsin vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv