Pezeşkian: “Tramp bir tərəfdən sülhdən danışır, digər tərəfdən hədə-qorxu gəlir”

Pezeşkian: “Tramp bir tərəfdən sülhdən danışır, digər tərəfdən hədə-qorxu gəlir”






presstv

"Presstv"az #ABŞ, #Donald Tramp, #İran, #Məsud Pezeşkian, #Müharibə, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Trampın güc tətbiq etmək təhdidlərinə baxmayaraq, İran Vaşinqtonla danışıqları davam etdirməyə hazırdır.

presstvaz-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə İran Prezidenti Məsud Pezeşkian Hərbi Dəniz Qüvvələrinin rəhbər heyəti ilə görüşü zamanı bildirib.

O bununla yanaşı, ölkəsinin dinc atom enerjisini inkişaf etdirmək hüququndan heç vaxt imtina etməyəcəyini vurğulayıb.

“Bir tərəfdən Tramp regionda sülhdən danışır, digər tərəfdən isə bizə hədə-qorxu gəlir və deyir ki, onun görünməmiş zorakılıq alətləri var. Biz hansı sözlərinə inanaq – sülh çağırışlarına, yoxsa məhv və zorakılıq təhdidlərinə? Biz müharibə istəmirik, lakin təhdidlərdən də qorxmuruq,” – deyə dövlət başçısı bəyan edib.

İran lideri əlavə edib ki, ölkə danışıqlara açıqdır, lakin hərbi, elmi və nüvə sahələrində əldə edilmiş nailiyyətlərdən heç vaxt geri çəkilməyəcək.

“Biz düşmənin təhdidlərinə və təhqirlərinə boyun əyməyəcəyik. Biz demək istəyirik ki, öz mövqeyimizi qorumaq gücünə malikik,” – deyə o vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv