“ChatGPT”nin inanmayacağımız funksiyaları gəlir: Rəhbər Sem Altman açıqladı

“ChatGPT”nin inanmayacağımız funksiyaları gəlir: Rəhbər Sem Altman açıqladı






presstv

"Presstv"az #Avto, #ChatGPT, #Google, #Kitab, #OpenAI, #Süni intellekt

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“OpenAI”nin rəhbəri Sem Altman gələcəkdə “ChatGPT”ni insanın şəxsi həyat köməkçisi kimi görür – o, istifadəçinin bütün həyatını yadda saxlaya biləcək süni intellekt modeli yaratmaq niyyətindədir.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə hightech.plus xəbər verib.

Altmanın idealına görə, bu, bir trilyon tokenlik kontekstə malik “balaca düşüncə modeli” olacaq. Model insanın danışıqlarını, oxuduğu kitabları, baxdığı səhifələri və digər şəxsi məlumatları analiz edə biləcək.

Altman qeyd edir ki, bu cür süni intellekt modeli insanın gündəlik həyatını davamlı olaraq yeniləyəcək və idarə edə biləcək. Məsələn, avtomobil texniki baxışına vaxt təyin etmək, toy səfərini planlamaq və hədiyyə sifariş etmək kimi işləri özü yerinə yetirəcək.

O bildirir ki, gənclər artıq “ChatGPT”dən həyat məsləhətçisi kimi istifadə edirlər.

“Yaşlılar “ChatGPT”dən sadəcə “Google” əvəzi kimi istifadə edirlər, 20-30 yaşlı insanlar isə onu həyat üzrə məsləhətçi kimi görürlər”, – deyə Altman əlavə edib.

Bununla belə, ekspertlər xəbərdarlıq edirlər: süni intellekt modellərinə hələ tam güvənmək olmaz.

Məsələn, “ChatGPT” son zamanlar bəzi istifadəçilərin təhlükəli ideyalarını belə təsdiqləyib və zaman-zaman reallığa uyğun olmayan məlumatlar uydura bilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv