Milyardlarla dollar dəyərində XƏZİNƏ: Dünyanın ən böyük mis, qızıl və gümüş mənbəyi aşkarlandı

Milyardlarla dollar dəyərində XƏZİNƏ: Dünyanın ən böyük mis, qızıl və gümüş mənbəyi aşkarlandı






presstv

"Presstv"az #Araşdırma, #Argentina, #Avstraliya, #Dollar, #Kanada, #təyyarə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Argentina və Çili sərhədində yerləşən San-Xuan vilayəti və Atakama regionunda dünyanın ən böyük mis, qızıl və gümüş ehtiyatlarından biri aşkarlanıb. Tədqiqatçılar bu yatağı “bəşəriyyətin ən böyük təbii sərvətlərindən biri” kimi dəyərləndiriblər.

presstvaz bu barədə “IFLScience” nəşrinə istinadla xəbər verir.

Bildirilir ki, Vikunya adlı bölgədəki mədən sahəsində 13 milyon ton mis, 907 min kiloqram qızıl və 18,6 milyon kiloqram gümüş ehtiyatı var. Bu ehtiyatlar tam şəkildə istismar edilərsə, onların dəyəri milyardlarla dolları ötə bilər.

Yataq Kanadanın “Lundin Mining” və Avstraliyanın BHP şirkətləri tərəfindən idarə olunur. Əraziyə əsasən Filo-del-Sol və Xosemariya sahələri daxildir.

Bu yataqlar hazırda dünyanın ən iri mis çıxarma bölgələrindən biri sayılır.

Son araşdırmalar onu da göstərir ki, bu bölgə həm də qızıl və gümüş ehtiyatlarına görə dünya üzrə ön sıralardadır.

Qeyd edək ki, qızıl yalnız zinət əşyaları və maliyyə sistemində deyil, eyni zamanda kompüterlərdə, peyklərdə, təyyarə mühərriklərində və digər texnoloji avadanlıqlarda əsas material kimi istifadə olunur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv