“Qırmızı planet”in səması yaşıla büründü – Alimləri heyrətləndirən möhtəşəm görüntü

“Qırmızı planet”in səması yaşıla büründü – Alimləri heyrətləndirən möhtəşəm görüntü






presstv

"Presstv"az #Günəş, #Planet

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Marsda səma ilk dəfə olaraq yaşıl rəngə bürünüb. Nadir mənzərə “Perseverance” marsoxodu tərəfindən görüntülənib. Bu, Marsda insan gözü ilə görünən ilk qütb parıltısıdır.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə “ScienceAlert” portalı xəbər verib.

Alimlərin sözlərinə görə, Marsdakı yaşıl qütb işığı Yerdəkindən fərqli görünür: dalğalı zolaqlar şəklində yox, bütün səmanı eyni şəkildə örtür və yaşıl işıq ətrafı bürüyür.

Marsda qütb işıqları əvvəllər də müşahidə olunub, amma onlar yalnız ultrabənövşəyi işıqda – yəni insan gözü ilə görünməyən dalğa uzunluğunda olub. Bu dəfə isə alimlər 557.7 nanometr dalğa uzunluğunda yaşıl işıq qeydə alıblar. Bu, Yerdəki yaşıl qütb işığının rəngidir.

Marsın çox nazik atmosferi və zəif maqnit sahəsi var. Buna görə də qütb işıqları yalnız bəzi xüsusi bölgələrdə, yəni maqnit mineralları olan yerlərdə görünür. Günəşdən gələn enerjili zərrəciklər Marsın bu bölgələrindəki qazlarla toqquşaraq yaşıl işıq saçır.

Qeyd edək ki, alimlər, həmçinin digər planetlərdəki qütb işıqlarını da tədqiq edirlər. Onların sözlərinə görə, hər bir planetin qütb işıqları fərqlidir: Venerada qütb parıltıları sıx atmosfer səbəbilə qırmızı rəngdə görünür, Yupiterdə güclü maqnit sahəsi sayəsində nəhəng və dəyişkən olur, Saturnda isə əsasən ultrabənövşəyi işıqda müşahidə edilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv