İstanbulda VACİB GÖRÜŞ: Rusiya və Ukraynadan sülh yolunda İLK ADDIM

İstanbulda VACİB GÖRÜŞ: Rusiya və Ukraynadan sülh yolunda İLK ADDIM






presstv

"Presstv"az #Bakı, #İstanbul, #Jurnalistlər, #Mixail Qaluzin, #Münaqişə, #Rusiya, #Türkiyə, #Ukrayna, #Vladimir Putin, #Volodimir Zelenski

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Rusiya nümayəndə heyəti cümə günü səhər saat 10-dan Ukrayna tərəfini gözləyəcək, onlar görüşə gəlməlidirlər”.

presstvaz TASS-a istinadən xəbər verir ki, bunu İstanbulda jurnalistlərə Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya prezidentinin köməkçisi Vladimir Medinski deyib.

“Sabah səhər saat 10-dan etibarən biz görüşə gəlməli olan Ukrayna tərəfini gözləyəcəyik. Biz işə hazırıq”, – deyə o bildirib.

15 may, 22:07

Mayın 16-da Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar başlayacaq.

presstvaz xəbər verir ki, bu barədə TASS agentliyi mənbəyə istinadən məlumat yayıb.

Mənbə danışıqların mayın 16-da başlayacağını təsdiq edib.

19:49

“Ukrayna ilə birbaşa danışıqların son məqsədi sülhün təsis edilməsidir”.

presstvaz RBK-ya istinadən xəbər verir ki, bunu Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski Rusiyanın İstanbuldakı Baş Konsulluğunda bildirib.

Onun sözlərinə görə, bu, həm də münaqişənin ilkin səbəblərini aradan qaldırmağa yönəlib: “Nümayəndə heyəti həll yollarının və təmas nöqtələrinin axtarışını hədəfləyir”.

Medinski vurğulayıb ki, nümayəndə heyəti danışıqlar aparmaq üçün bütün səlahiyyətlərə malikdir.

17:54

Ukrayna Prezidenti Volodimir Zelenski İstanbula nümayəndə heyəti göndərəcək.

presstvaz-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Ukrayna rəsmisi məlumat verib.

Məlumata görə, Zelenski mayın 15-də Rusiya tərəfi ilə görüşmək üçün İstanbula nümayəndə heyəti göndərəcək.

Öz növbəsində İstanbuldakı Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski deyib ki, Rusiya İstanbulda danışıqlar prosesini bərpa etməyə və mümkün kompromislərə hazırdır.

Medinski bildirib ki, Moskva işgüzar əhvali-ruhiyyəni saxlayır.

17:44

İstanbuldakı Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski mətbuata açıqlama verəcək və bunun Bakı vaxtı ilə saat 18:30-da olacağı gözlənilir.

presstvaz xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, bəyanat Rusiyanın İstanbuldakı baş konsulluğunda veriləcək.

Öz növbəsində, Rusiya baş konsulluğunun mətbuat katibi bəyan edib ki, hazırda Rusiya ilə Ukrayna arasında İstanbulda danışıqların ləğvindən söhbət getmir.

16:42

İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşünün başlamasını gözləyirlər.

presstvaz-ın TASS-a istinadən məlumatına görə, hazırda İstanbulda Rusiya və Ukrayna arasında danışıqların başlama vaxtı ilə bağlı anlaşma yoxdur.

12:57

İstanbuldakı danışıqlar Türkiyə tərəfinin təşəbbüsü ilə təxirə salınıb.

presstvaz-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

O bildirib ki, danışıqların günün ikinci yarısında keçirilməsinə qərar verilib.

10:52

Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların başlanma vaxtı məlum olub.

presstvaz xəbər verir ki, “RİA Novosti”nin məlumatına görə, danışıqların nahardan sonra başlanması gözlənilir.

09:25

Rusiya nümayəndə heyəti Ukrayna tərəfi ilə mayın 15-nə planlaşdırılan danışıqlar üçün İstanbula gəlib.

presstvaz-ın xəbərinə görə, bu barədə RT nəşri məlumat verib.

Nümayəndə heyətinə Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinski başçılıq edir.

Qeyd edək ki, mayın 14-də V.Putin Ukrayna ilə danışıqlar üçün Rusiya nümayəndə heyətinin tərkibini formalaşdırıb. Moskvadan Türkiyəyə, həmçinin Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin, Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin və Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin (əvvəllər Baş Kəşfiyyat İdarəsi kimi tanınırdı) rəisi İqor Kostyukov da gediblər.

Ukrayna tərəfdən danışıqlarda Prezident Ofisinin rəhbəri Andriy Yermak, müdafiə naziri Rustem Umerov, xarici işlər naziri Andriy Sibiqa və dövlət başçısının müşaviri İqor Jovkva iştirak edəcəklər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv