Qızıl bazarında saxta məhsullar satılır – İDDİA

Qızıl bazarında saxta məhsullar satılır – İDDİA






presstv

"Presstv"az #Azərbaycan, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son vaxtlar zərgərlik bazarında saxta məhsulların satılması ilə bağlı iddialar artıb.

Bu isə sadə vətəndaşlar arasında ciddi narahatlığa səbəb olur. Çünki qızılın saxta olub-olmadığını adi gözlə müəyyənləşdirmək mümkün deyil.

“Beş qramlıq qızıl almışdım, amma içindəki qızıl deyilmiş”, – deyə sakinlərdən biri bildirib.

Başqa bir sakin isə deyib: “Aldığım qızılı yoxlatdırdım, sən demə, keyfiyyəti yaxşı deyilmiş”.

Qanunvericiliyə görə, pərakəndə ticarət obyektlərindən alınan qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məmulatlar dəyişdirilmir.

Həmçinin ölkə başçısının 2025-ci il 12 fevral tarixli 327 nömrəli Fərmanına əsasən, sözügedən sahədə dövlət nəzarəti Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə həvalə edilib.

Qurumdan bildirilib ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanuna əsasən, ölkə ərazisində bu sahədə aparılan yoxlamalar 2026-cı il yanvarın 1-dək dayandırılıb.

Ətraflı Baku TV-nin süjetində:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv