Ulduzların “sirri” Trampa təsir etmədi: “Heç olmasa dostumun ürəyi rahat olur”

Ulduzların “sirri” Trampa təsir etmədi: “Heç olmasa dostumun ürəyi rahat olur”






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Arıqlama, #arıqlamaq, #diabet, #Donald Tramp, #London

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Tramp ölkənin əhalisi tərəfindən arıqlamaq üçün tez-tez istifadə olunan məşhur diabet dərmanı “Ozempic” haqqında fikirlərini bildirib. O bu preparatı effektsiz adlandırıb.

presstvaz-ın verdiyi məlumata görə, Ağ Ev rəhbəri bu barədə “Fox News” telekanalına verdiyi müsahibədə danışıb.

Trampın sözlərinə görə, onun artıq çəkidən əziyyət çəkən dostlarından biri bu dərmanı Londonda alıb.

“Mən ona köklər üçün iynə deyirəm. Düzünü desəm, bu dərmanın işlədiyinə inanmıram, amma heç olmasa dostumun ürəyi bir az rahat olur”, – deyə dövlət başçısı vurğulayıb.

Ağ Evin rəhbəri onu da bildirib ki, həmin dostunun adını açıqlamamağa söz verib, çünki dostu ictimaiyyətə ifşa olunmaqdan qorxur. Lakin o da əlavə edib ki, Londonda bu dərman ABŞ-dən 15 dəfə ucuz başa gəlir.

Xatırladaq ki, “Ozempic” ikinci tip şəkərli diabet xəstələri üçün qlükoza səviyyəsini normallaşdırmağa kömək edən dərmandır. Bu vasitə təbii GLP-1 hormonunun təsirini gücləndirir və iki əsas mexanizmi işə salır: beyinin aclıq mərkəzinə təsir edərək iştahanı azaldır və mədənin boşalmasını yavaşladaraq toxluq hissini uzadır – bütün bu təsirlər birgə olaraq insanın zəhmətsiz şəkildə arıqlamasına imkan yaradır. Məhz bu xüsusiyyətinə görə “Ozempic” Hollivud ulduzları və digər məşhurlar arasında son dərəcə populyarlaşıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv