Maşına çırpılıb uçdu, sakitcə önünə uzandı: Bakıda velosiped və skuter sürənlərin qayda pozuntuları

Maşına çırpılıb uçdu, sakitcə önünə uzandı: Bakıda velosiped və skuter sürənlərin qayda pozuntuları






presstv

"Presstv"az #Avto, #Hadisə, #Nəqliyyat, #Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM), #Velosipedçi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) velosiped və skuter idarə edənlərə müraciət edib.

presstvaz xəbər verir ki, bu barədə NİİM məlumat yayıb.

“Paytaxtda bəzi velosiped və skuter idarə edən şəxslər yollarda hərəkət zamanı qəfil manevrlər edirlər, yolun hərəkət hissəsindən necə gəldi keçirlər. Digər nəqliyyat vasitələrinə, piyada keçidlərindən istifadə edən piyadalara təhlükəli vəziyyət yaradan belə şəxslərin törətdiyi qayda pozuntuları müşahidə kameraları tərəfindən qeydə alınır.

Qanunvericiliyin tələblərinə əsasən, velosipedçilər xüsusi velosiped zolaqları ilə, bunlar olmadıqda yolun, küçənin hərəkət hissəsinin kənarı və ya yol çiyinləri ilə mümkün qədər sağ tərəfdə hərəkət etməli və texniki cəhətdən saz və lazımınca təchiz olunmuş velosipeddən, həmçinin təhlükəsizlik dəbilqələrindən istifadə etməlidirlər. Onlar da yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməli, yolayrıcından kənarda yolun velosiped yolu ilə nizamlanmayan kəsişməsində bu yolla hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidirlər.

Skuter (kiçik elektrik nəqliyyat vasitələrini) idarə edənlər isə park və həyət ərazilərində, yaşayış zonalarında, velosiped yollarında, habelə ümumi istifadədə olan avtomobil yollarında yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə, yolun sağ kənar zolağı ilə hərəkət etməlidirlər. Yolayrıcından kənarda yolun velosiped yolu ilə nizamlanmayan kəsişməsində kiçik elektrik nəqliyyat vasitələrinin sürücüləri bu yolla hərəkət edən nəqliyyat vasitələrinə, ümumilikdə isə piyadalara yol verməlidirlər.

Sürücülərimiz unutmamalıdırlar ki, törədilən hər bir qayda pozuntusu yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb ola bilər”.

NİİM-in təqdim etdiyi videoda digər qayda pozuntuları ilə yanaşı, bir velosipedçinin qəfil minik avtomobili ilə toqquşub uçduğu, sonra isə simulyasiya məqsədilə avtomobilin qarşısına uzandığı kadrlar da əks olunub:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv