Şampan qutularında gizlənən tarix: Argentinada təsadüfən Hitlerin imzası olan sənədlər tapıldı

Şampan qutularında gizlənən tarix: Argentinada təsadüfən Hitlerin imzası olan sənədlər tapıldı






presstv

"Presstv"az #Ali Məhkəmə, #Almaniya, #Araşdırma, #Argentina, #Hakim, #Müharibə, #Təmir işləri, #Yaponiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Argentinanın Ali Məhkəməsinin köhnə binasında aparılan təmir işləri zamanı inanılmaz tarixi tapıntı aşkarlanıb. Belə ki, zirzəmidə, şampan qutularında Adolf Hitlerin imzası olan yüzlərlə sənəd tapılıb.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə “El Litoral” xəbər yayıb.

Sənədlər arasında nasist Almaniyasına aid pasportlar, xəritələr, svastika simvolları olan zərflər, təbliğat vərəqələri, habelə Argentina nasist partiyasının üzvlərinə dair qeyd dəftərləri yer alır. Qutularda, həmçinin Almaniyanın Yaponiyadakı səfirliyinin əməkdaşlarına aid şəxsi əşyaların da olduğu bildirilir.

Məhkəmə işçiləri bu qutuları köhnə binanın zirzəmisində ventilyasiya sisteminin təmiri zamanı aşkar ediblər.

Tarixçilərin qənaətinə görə, sənədlər 1940-cı illərə aiddir və ehtimal olunur ki, onlar 1941-ci il iyunun 20-də Yaponiyadan Argentinaya göndərilib.

Alman diplomatlar sənədləri Yaponiyaya geri qaytarmağa çalışıblar, lakin Argentina hakimiyyəti bunu etməkdən imtina edib və tapılan materialları müsadirə edib.

Ali Məhkəmənin nümayəndələri bildiriblər ki, sənədlər artıq xüsusi qoruma altına alınıb və binanın təhlükəsiz zonasına köçürülüb. Məqsəd – Holokost və Argentina ərazisində fəaliyyət göstərmiş nasist iyerarxiyası ilə bağlı yeni faktların üzə çıxarılması üçün bu materialların dərin araşdırmaya cəlb olunmasıdır.

Tarixçilər ümid edirlər ki, bu tapıntı İkinci Dünya müharibəsinin az tanınan səhifələrinə işıq salacaq və nasist rejiminin cinayətləri ilə bağlı daha geniş məlumat əldə olunmasına imkan yaradacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv