Ançelotti “El-Klasiko”dakı məğlubiyyətin səbəblərini açıqlayıb

Ançelotti “El-Klasiko”dakı məğlubiyyətin səbəblərini açıqlayıb






presstv

"Presstv"az #"Real Madrid", #Braziliya, #Futbol, #İspaniya, #İspaniya La Liqası, #Münaqişə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının XXXV turu çərçivəsində keçirilmiş və 4:3 hesabı ilə “Barselona”nın qələbəsi ilə yekunlaşan “El-Klasiko” qarşılaşmasında komandasının məğlubiyyət səbəblərini şərh edib.

presstvaz bu barədə “Marca”ya istinadla xəbər verib.

Bildirilib ki, 64 yaşlı italiyalı mütəxəssis oyunun ilk dəqiqələrində “Real Madrid”in yaxşı təsir bağışladığını bildirib, lakin müdafiədəki kobud səhvlərin komandaya baha başa gəldiyini vurğulayıb.

“Belə oyunlarda həm hücumda, həm də müdafiədə effektiv çıxış etmək lazımdır. Biz bir neçə real qol imkanı yaratdıq, rəqibin qapısına üç dəfə yol tapdıq və, hətta iki dəfə də ofsayddan qol vurduq. Hücum baxımından komanda strukturlaşdırılmış şəkildə oynadı. Lakin müdafiədə buraxılan ciddi səhvlər nəticəyə birbaşa təsir etdi. Futbolçular son dəqiqəyə qədər mübarizə apardılar. Bu, iki böyük klubun qarşıdurması idi və oyunçularımın əzmkarlığına və əhvali-ruhiyyəsinə iradım yoxdur”, – deyə Ançelotti qeyd edib.

Çempionlar Liqasını dörd dəfə qazanmış təcrübəli mütəxəssis, həmçinin braziliyalı hücumçu Rodriqo ilə aralarında yaranmış münaqişə barədə yayılan iddiaları da təkzib edib.

Xatırladaq ki, Ançelotti sözügedən qarşılaşmada 23 yaşlı futbolçunu meydana buraxmamış, bu isə ispan mətbuatında mübahisələrə səbəb olmuşdu. Baş məşqçinin sözlərinə görə, qərar yalnız futbolçunun fiziki durumuna əsasən verilib:

“Rodriqo ilə aramızda heç bir problem yoxdur. O bu oyuna tam hazır deyildi. Onu cəmi 5-7 dəqiqəlik meydana buraxmaq ciddi zədə riski yarada bilərdi. Bu isə əsassız risk olardı”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv