Leyla Əliyevanın təşəbbüsü ilə regionlarda yaşayan uşaq və yeniyetmələrə velosipedlər hədiyyə olunub

Leyla Əliyevanın təşəbbüsü ilə regionlarda yaşayan uşaq və yeniyetmələrə velosipedlər hədiyyə olunub






presstv

"Presstv"az #Azərbaycan, #Heydər Əliyev, #Heydər Əliyev Fondu, #IDEA İctimai Birliyi, #İdman, #Leyla Əliyeva, #Nəqliyyat, #Planet, #Quba, #Sağlam həyat tərzi, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Mayın 11-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Xızı, Quba, Qax və Yevlax rayonlarında yaşayan uşaq və yeniyetmələr üçün xüsusi sosial aksiya həyata keçirilib.

presstvaz xəbər verir ki, Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə keçirilən aksiya çərçivəsində hər rayondan 50 nəfər olmaqla, 6-18 yaş arası ümumilikdə 200 uşaq və yeniyetməyə velosipedlər və onlara uyğun təhlükəsizlik ləvazimatları hədiyyə olunub.

Mütəmadi olaraq keçirilən bu təşəbbüsün əsas məqsədi regionlarda yaşayan uşaqların asudə vaxtlarını daha səmərəli şəkildə keçirmələrinə şərait yaratmaq, onların idmana və sağlam həyat tərzinə marağını artırmaq, fiziki aktivliyi təşviq etmək, eləcə də ekoloji nəqliyyat vasitəsi kimi velosiped istifadəsini təşviq etməkdir.

Tədbirdə iştirak edən uşaqlar təqdim olunan hədiyyələri böyük sevinclə qarşılayıb, təşəbbüsə görə təşkilatçılara minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həm ölkəmizin müxtəlif regionlarında, həm də dünyanın bir sıra ölkələrində humanitar, təhsil, səhiyyə, sosial, ekoloji və digər sahələri əhatə edən genişmiqyaslı layihələr mütəmadi olaraq həyata keçirilir.

Müxtəlif hədəf və yaş qruplarını əhatə edən bu təşəbbüslər insanların sosial rifahının yaxşılaşdırılımasına, onların həyat keyfiyyətinin yüksəldilməsinə, təbiətin və biomüxtəlifliyin qorunmasına, ekoloji tarazlığın bərpasına mühüm töhfələr verir. Bu layihələr yüz minlərlə insanın həyatına bilavasitə müsbət təsir göstərərək, həm cəmiyyətin rifahına, həm də planetimizin davamlı inkişafına xidmət edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv