“El-Klasiko”da fantastik oyun: 7 qol vuruldu

“El-Klasiko”da fantastik oyun: 7 qol vuruldu






presstv

"Presstv"az #"Real Madrid", #Bakı, #İspaniya, #İspaniya La Liqası, #Kilian Mbappe, #Kuba, #Pedri, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İspaniya La Liqasında 35-ci turun mərkəzi görüşü başa çatıb.

presstvaz xəbər verir ki, Kataloniyada “Barselona” ilə “Real Madrid” üz-üzə gəliblər.

Artıq 5-ci dəqiqədə “Real Madrid”in hücumçusu Kilian Mbappe penaltidən fərqlənərək matçda hesabı açıb. 14-cü dəqiqədə Mbappe dubla imza atıb. Bundan sonra meydan sahiblərinin qol şousu başlayıb.

Erik Qarsiya hesabdakı fərqi azaldıb. 32-ci dəqiqədə Lamin Yamal hesabı bərabərləşdirib. 34-cü dəqiqədə hücumçu Rafinya “Barselona”nı hesabda irəli çıxarıb. 45-ci dəqiqədə isə o, matçda ikinci qolunu vurub.

70-ci dəqiqədə Mbappe het-trikini rəsmiləşdirib. Lakin bundan artığına kral klubunun gücü çatmayıb – 4:3.

Beləliklə də, hazırda “Barselona” 82 xalla turnirə başçılıq edir. “Real Madrid” isə ondan 7 xal geri qalaraq ikinci yerdədir.

17:12

“Barselona” mövsümün son “El-Klasiko”sunda “Real Madrid”ə qarşı çıxaracağı heyəti açıqlayıb.

presstvaz xəbər verir ki, start heyətində hər hansı bir sürpriz qeydə alınmayıb.

Kataloniya təmsilçisinin ilk 11-i:

Şensnı; Kubarsi, Martines, Jerar Martin, Erik Qarsiya; De Yonq, Pedri, Olmo, Rafinya, Yamal; Ferran.

Xatırladaq ki, oyun Bakı vaxtı ilə saat 18:15-də start götürəcək.

16:54

“Real Madrid” klubunun mövsümün son “El-Klasiko”sunda “Barselona”ya qarşı çıxaracağı heyət müəyyənləşib.

presstvaz xəbər verir ki, türkiyəli gənc ulduz Arda Güler start heyətində yer alıb.

“Kral klubu”nun start heyəti aşağıdakı kimidir:

Kurtua; Vaskes, Asensio, Çuameni, Qarsiya; Sebalyos, Valverde, Bellingem, Güler; Mbappe, Vinisius.

12:24

Bu gün İspaniya La Liqasında növbəti “El-Klasiko” baş tutacaq.

presstvaz xəbər verir ki, ölkə çempionatının 35-ci turu çərçivəsində əzəli rəqiblər – “Barselona” və “Real Madrid” üz-üzə gələcəklər.

Katalon təmsilçisi hazırda 79 xalla turnir cədvələnin lideridir, madridlilər isə 75 xalla ikinci pillədə qərarlaşıblar.

Oyun Bakı vaxtı ilə saat 18:15-də start götürəcək.

Qeyd edək ki, bu mövsüm La Liqada tərəflər arasında keçirilmiş ilk görüşdə “Barselona” səfərdə “Kral klubu”nu darmadağın edib – 0:4.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv