Qazi Universitetində Azərbaycan dili kurslarında açıq dərs ulu öndər Heydər Əliyevə həsr edilib

Qazi Universitetində Azərbaycan dili kurslarında açıq dərs ulu öndər Heydər Əliyevə həsr edilib






presstv

"Presstv"az #Araşdırma, #Azərbaycan, #Heydər Əliyev, #Heydər Əliyev Fondu, #Təhsil, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Mədəniyyət Mərkəzi Qazi Universitetində Azərbaycan dili kurslarında açıq dərsi ulu öndər Heydər Əliyevə həsr edib.

presstvaz xəbər verir ki, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Qazi Universitetində yaradılan Azərbaycan dili tədris ocağında keçirilən növbəti açıq dərs Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunub.

Açıq dərsdə Azərbaycan Mədəniyyət Mərkəzinin və Qazi Universitetinin nümayəndələri, Azərbaycan dili kursunun tələbələri, Mədəni Diplomatiya və Əməkdaşlıq Dərnəyinin üzvləri, Türkiyə Bilişim Dərnəyinin üzvləri iştirak ediblər.

Tədbir başlamazdan əvvəl Azərbaycan dili kursunun təlimçisi və Qazi Universitetinin doktorantı Şəhla İbişova ümummilli lider Heydər Əliyev və proqramın gedişi haqqında tədbir iştirakçılarına məlumat verib.

Daha sonra tədbir Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Açıq dərsdə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ulu öndər Heydər Əliyevin zəngin irsinin tanıdılması yönündə layihələrdən danışıb, onun Azərbaycanın tarixində oynadığı mühüm rol, Azərbaycanın müstəqilliyinin xilaskarı və azərbaycançılıq ideologiyasının müəllifi kimi tariximizdə əbədi, silinməz iz qoyduğunu bildirib. O, türk dünyası arasında həmrəylik, “Bir millət, iki dövlət” şüarı ilə Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri və əməkdaşlığını strateji səviyyəyə qaldırdığını və əbədi etdiyini söyləyib. Samir Abbasov çıxışında Heydər Əliyevin mədəni diplomatiyaya verdiyi əhəmiyyət, onun daim mədəniyyətə yüksək qayğısı haqqında fikirlərini bölüşüb.

Daha sonra Türkiyənin Qazi Universitetinin müəllimi və Türkiyə Politika və Strateji Araşdırmalar Vəqfinin başqanı doktor Sinan Demirtürk Heydər Əliyevin xarici siyasəti haqqında geniş təqdimatla məruzə edib. S.Demirtürk Heydər Əliyevin Azərbaycanın müstəqillik uğrunda apardığı mübarizə dövründə formalaşdırdığı strateji xarici siyasət konsepsiyasını ətraflı şəkildə izah edib. O, xüsusilə 1990-cı illərdə Əliyevin Azərbaycanın beynəlxalq arenada tanıdılması üçün həyata keçirdiyi diplomatik təşəbbüslərə və dünya liderləri ilə qurduğu möhkəm əlaqələrə diqqət çəkib. S.Demirtürk Heydər Əliyevin Türkiyə ilə münasibətlərinə xüsusi diqqət ayıraraq, onun iki ölkə arasındakı qardaşlıq bağlarını necə gücləndirdiyini və bu əlaqələrin regional sabitlik baxımından nə qədər əhəmiyyətli olduğunu vurğulayıb.

Açıq dərsdə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “İz” adlı sənədli film nümayişi olub. Film ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında unikal məlumatları özündə əks etdirir.

Filmin nümayişindən sonra Azərbaycan dili kursunun tələbələri Azərbaycanın, türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin təhsil və mədəniyyət sahəsindəki töhfələri ilə bağlı fikirlərini bölüşüblər.

Kursun tələbələrindən Ayşə Şimşək “Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafına töhfələri” mövzusunda çıxış edib, Dilara Dilşah Kaya isə “Heydər Əliyev dövründə media və dövlət-media münasibətlərinin inkişafı” barədə məruzəsini təqdim edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv