Qubada elektrik dirəkləri AŞDI: 20-dən çox kənd işıqsız qaldı

Qubada elektrik dirəkləri AŞDI: 20-dən çox kənd işıqsız qaldı






presstv

"Presstv"az #Hakim, #Quba, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Elektrik dirəkləri aşıb, transformatorlar sıradan çıxıb. Seldən sonra yaranan problem hələ də qalmaqdadır.

presstvaz Xəzər TV-yə istinadən məlumat verir ki, Qubanın rayon mərkəzindən 80 km məsafədə yerləşən Qarxun kəndində bu günədək elektrik enerjisi yoxdur. Sakinlər 24 gündür ki, işıqsız qalıblar.

Aprel ayının ortasında güclü qar və yağıntılar səbəbindən Qarxunla Adur kəndləri arasındakı 40 elektrik dirəyi aşıb, kəndin yeganə transformatoru da sıradan çıxıb.

Qarxunda, həmçinin sel suları yollara da ziyan vurub. Kəndin yolu yalnız bir neçə gün əvvəl qismən açılıb. Lakin enerji xətləri hələ də bərpa edilməyib.

Məsələ ilə bağlı Quba Rayon İcra Hakimiyyətindən bildiriblər ki, təkcə Qarxun kəndində deyil, hazırda Quba rayonunda 20-dən çox kənddə işıq yoxdur. Elektrik dirəklərinin və yolların bərpası istiqamətində işlər görülür. Briqadalar ərazilərə cəlb olunublar. Qarxun kəndində də problem yaxın günlərdə həllini tapacaq.

Ətraflı süjetdə:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv