Bu ərazilərdə evlər söküləcək – Əhali başqa yerə köçürülür

Bu ərazilərdə evlər söküləcək – Əhali başqa yerə köçürülür






presstv

"Presstv"az #Bakı, #Qəzalı bina, #Qəzalı binalar, #Ramil Osmanlı, #Səbail

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda qəzalı və kəskin qəzalı vəziyyətdə olan binaların mərhələli şəkildə sökülməsi planlaşdırılır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yaydığı məlumata əsasən, hazırda paytaxt üzrə 194 bina və 6 415 mənzili əhatə edən tədbirlərin icrasına start verilib. Bu proses yalnız şəhərin simasının yenilənməsinə deyil, daşınmaz əmlak bazarında mühüm dəyişikliklərə də yol aça bilər.

Lakin illərdir köhnə və qəzalı binaların sökülməsi ilə bağlı müxtəlif proqram və planlar açıqlansa da, bu prosesin real icrasında ciddi ləngimələr müşahidə olunur. Sakinlərin razılığının alınması, alternativ mənzillə təminat məsələləri, maliyyə vəsaitlərinin ayrılması və texniki prosedurların vaxt aparması kimi səbəblər bu ləngimənin əsas amilləri sırasında yer alır. Bəzi hallarda isə bina sakinləri ilə investorlar arasında razılaşmanın əldə olunmaması layihələrin illərlə uzanmasına gətirib çıxarır.

Bəs növbəti söküntü işləri harada aparılacaq və proses nə zaman başlayacaq?

Globalinfo.az xəbər verir ki, daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı news24.az-a açıqlamasında bildirib ki, mövcud proqram çərçivəsində artıq qiymətləndirmə işləri aparılıb və müəyyən binalarla bağlı tenderlər elan edilib:

“Proses əslində gedir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bununla bağlı qiymətləndirmə işləri aparıb və hətta tenderlər elan edib. Düzdür, proqramda binaların hamısının yerində tikinti nəzərdə tutulmur. Onların bəziləri sökülür və sakinlərə kompensasiya verilməklə ərazidən köçürülür. Amma elə ərazilər var ki, orada söküntünün aparılması və yeni binaların tikilməsi mütləqdir”.

Ekspertin sözlərinə görə, hazırda paytaxtın Binəqədi, Nərimanov, Yasamal, Nəsimi, Səbail, Xətai, Nizami və digər rayonlarında kifayət qədər köhnə və təhlükəli binalar mövcuddur. Bu binaların bəzilərində hələ də vətəndaşlar yaşayır ki, bu da həm onların həyat təhlükəsizliyi, həm də şəhərsalma baxımından ciddi problemlər yaradır:

“Bu proses mərhələli şəkildə davam edəcək və hər birinin yerində müasir yaşayış kompleksləri inşa ediləcək. Bu, təkcə şəhərin görüntüsünü dəyişmək üçün yox, həm də vətəndaşların daha təhlükəsiz və rahat yaşayış şəraiti ilə təmin olunması baxımından vacibdir. Proses Bakı şəhərinin baş planına uyğun şəkildə həyata keçirilir və bu il ərzində sürətləndirilməsi ilə bağlı müvafiq göstərişlər də verilib. Böyük ehtimalla ilin ortalarından sonra daha fəal dinamika müşahidə olunacaq”.

Ramil Osmanlı həmçinin qeyd edib ki, bu tip yenidənqurma və söküntü işləri daşınmaz əmlak bazarına da təsirsiz ötüşməyəcək. Belə ki, yeni layihələr bazara daxil olduqca, həm qiymət dinamikasında, həm də təklif strukturunda dəyişikliklər baş verə bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv