Suya borcu olanlara ŞAD XƏBƏR

Suya borcu olanlara ŞAD XƏBƏR






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Əgər su sərfiyyatı ilə bağlı borcunuzun birdəfəlik ödənilməsi maddi imkanınız çatmırsa, o zaman borcların hissəli ödənişinə də şərait yaradılır.

presstvaz xəbər verir ki, bu barədə ADSEA-nın mətbuat katibi Ceyhun Musayev açıqlama verib.

Bildirilib ki, bu zaman abonent İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin yerli sukanal idarələrinə yaxınlaşaraq şəxsiyyət vəsiqəsini və abonent kodunu təqdim etməlidir:

“Bu zaman borcun müəyyən hissəsini ödəməklə razılaşma protokolu imzalanır. Protokola əsasən borcun aylar üzrə bölünmüş ödəniş qrafiki abonentə təqdim olunur və bu təqdirdə su təchizatı dayandırılmır”,-məlumatda bildirilib.

Bundan başqa, xüsusilə diqqətə çatdırılıb ki, yığılmış debitor borcların silinməsi və ya müəyyən hissəsinin azaldılması ilə bağlı ayrı-ayrı şəxslər tərəfindən verilən vədlər əsassızdır.

Məlumatda bildirilib ki, borcla bağlı məlumatlar abonent bazasında əks olunur, borcun azaldılması və silinməsi hər hansı bir şəxsin iradəsi və imkanı xaricindədir. Borcun azaldılması yalnız qanuni və əsaslandırıldığı halda həyata keçirilə bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv