İlon Maskı ittiham edən Bill Qeyts 200 milyard dollar paylayacaq

İlon Maskı ittiham edən Bill Qeyts 200 milyard dollar paylayacaq






presstv

"Presstv"az #Dollar, #İlon Mask, #Microsoft, #qızdırma

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Microsoft”un həmtəsisçisi Bill Qeyts 2045-ci ilə qədər xeyriyyə fonduna 200 milyard dollar ayıracağını açıqlayıb.

presstvaz “Reuters”ə istinadən xəbər verir ki, 69 yaşlı Bill Qeyts beynəlxalq yardım büdcələrinin kəsilməsinə görə İlon Maskı günahlandıraraq, bu qərarı verdiyini bildirib.

Onun sözlərinə görə, bu cür kəsintilər dünyanın ən kasıb uşaqlarının ölümünə səbəb olur.

Qeyts baş verənlər fonunda bütün sərvətini daha sürətlə xeyriyyə məqsədləri üçün xərcləmək qərarına gəldiyini bildirib.

O, öz fondunun 2045-ci il dekabrın 31-də, yəni planlaşdırılandan daha tez bağlanacağını açıqlayıb.

Qeyts ümid edir ki, ayrılan bu vəsait poliomielit və qızdırma kimi xəstəliklərin aradan qaldırılmasına, qadın və uşaqların ölüm hallarının qarşısının alınmasına və qlobal yoxsulluğun azaldılmasına töhfə verəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv