Vətəndaşlar bu halda banklardan təzminat tələb edə bilərlər – VİDEO

Vətəndaşlar bu halda banklardan təzminat tələb edə bilərlər – VİDEO






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dövlətə məxsus “Asan finans” sistemi vasitəsilə banklar vətəndaşların maaş və borcları başda olmaqla bir çox şəxsi məlumatlarını sorğulayırlar. Bu da tez-tez müzakirələrə və narazılıqlara səbəb olur. “Xəzər Xəbər” vətəndaşların şəxsi məlumatlarından istifadə ilə bağlı mövcud vəziyyəti və bu məlumatları sorğulamağın qanunvericiliyin tələblərinə uyğun olub-olmadığını araşdırıb.

presstvaz Xəzər TV-yə istinadən bildirir ki, mütəxəssislər bildirirlər ki, bu, “ASAN finans” platforması əsasında baş verir. Bu platforma biznesmenlərin və vətəndaşların lazım olan informasiyasını əldə etmək üçün yaradılıb. Banklar da bu platforma vasitəsilə müştəridən ərizə istəmədən lazım olan məlumatları yerindəcə əldə etmək imkanı qazanır. Amma “Fərdi məlumatlar haqqında” qanununa əsasən, fiziki və hüquqi şəxslər barədə məlumatları əldə etməzdən əvvəl onlardan razılıq alınmalıdır.

İKT mütəxəssisi Fərhad Əliyev bildirir ki, vətəndaşlar fərdi məlumatlarının qorunmasını özləri həyata keçirə bilərlər.

Məsələ ilə bağlı Elektron Təhlükəsizlik Xidmətindən isə bildirildi ki, vətəndaş məlumatlarının qanunsuz sorğulanması ilə bağlı məhkəməyə müraciət edə və bankdan təzminat tələb edə bilər.

Ekspertlər deyirlər ki, vətəndaşların öz hüquqlarını bilmələri üçün “Fərdi məlumatlar haqqında” qanunla tanış olmaları məsələhətdir.

Daha ətraflı videomaterialı təqdim edirik.

 

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv