Pakistan ordusu Hindistanın 12 pilotsuz uçan aparatını vurub

Pakistan ordusu Hindistanın 12 pilotsuz uçan aparatını vurub






presstv

"Presstv"az #Araşdırma, #Avto, #Əfqanıstan, #Hindistan, #İsrail, #Müharibə, #Pakistan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Pakistan ordusu Hindistan tərəfindən buraxılan və ölkənin hava məkanını pozan 12 pilotsuz uçan aparatı vurduğunu bəyan edib.

presstvaz-ın xəbərinə görə, bu barədə Straitstimes.com məlumat verib.

İnsident Hindistanın Pakistan ərazisindəki bir sıra hədəflərə zərbələr endirməsi nəticəsində iki nüvə dövləti arasında genişmiqyaslı hərbi qarşıdurma təhlükəsinin yaranmasından cəmi bir gün sonra baş verib.

Pakistan hərbçilərinin nümayəndəsi Əhməd Şərif Çaudxri bildirib ki, Hindistan İsrailin “Harop” dron-kamikadzelərini bir neçə əsas lokasiyaya, o cümlədən Pakistanın ən böyük şəhərləri olan Kəraçi və Lahora hücum etmək üçün yönləndirib. Hazırda araşdırmanın davam etdirilməsi üçün vurulmuş dronların dağıntıları toplanır.

“Hindistan dronları Pakistanın hava məkanına soxulmaqda davam edir… Hindistan bu çılpaq təcavüzün ağır əvəzini ödəməyə davam edəcək”, – deyə Çaudxri bildirib.

Hindistan Müdafiə Nazirliyi vəziyyətlə bağlı hələlik şərh verməyib.

Xatırladaq ki, aprelin 22-də Cammu və Kəşmir bölgəsində terror aktı baş verib. Silahlı döyüşçülər Baysaran vadisində cığırla qalxan turistlərə avtomat silahlardan atəş açıblar. Hücum nəticəsində 26 nəfər həlak olub. Hücuma görə məsuliyyəti Pakistandan əraziyə girən Əfqanıstanın “Müqavimət cəbhəsi” qruplaşması öz üzərinə götürüb.

Bu insident fonunda Pakistan və Hindistan arasında münasibətlər gərginləşib. Hindistanın son 65 ildə ilk dəfə Pakistanla su müqaviləsini dayandırmaq qərarı iki nüvə dövləti arasında gərginliyi daha da artırıb. Pakistan rəsmiləri bunu “su müharibəsi” adlandırırlar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv