Ermənistana silah satan Hindistan Azərbaycandan NİYƏ İNCİYİB?

Ermənistana silah satan Hindistan Azərbaycandan NİYƏ İNCİYİB?






presstv

"Presstv"az #ABŞ, #Azərbaycan, #Çin, #Ermənistan, #Hadisə, #Hindistan, #Müharibə, #Pakistan, #Silahlı hücum, #Türkiyə, #Vətən müharibəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Hindistanlı bloqer və siyasətçilər ölkə vətəndaşlarını Azərbaycana səfər etməməyə çağırırlar. Onlar “X” sosial şəbəkəsi üzərindən “Boycot Azerbaijan” kampaniyası başladıblar.

Buna səbəb Hindistanın Pakistana hücumu zamanı Azərbaycanın Pakistana dəstək nümayiş etdirməsidir.

Bəs görəsən, Vətən müharibəsində Pakistanın Azərbaycana siyasi dəstək verdiyi bir mərhələdə Ermənistana silah satan və hələ də satmaqda davam edən Hindistanın Azərbaycandan gözləntisi nə idi?

presstvaz bildirir ki, Politoloq Natiq Miri mövzu ilə bağlı Oxu.az-a danışıb.

O qeyd edib ki, Azərbaycanın bu məsələdəki mövqeyi hüquq və ədalətə əsaslanır:

“Pakistan hər zaman Azərbaycanın yanında olan bir dövlətdir. Amma Azərbaycan Pakistanı müdafiə etmir, ədalətin tərəfində dayanır, beynəlxalq hüququ əsas tutaraq hadisəyə obyektiv yanaşır”.

N.Miri vurğulayıb ki, baş verən terror hadisəsi süni şəkildə yaradılmış təxribatın nəticəsidir və arxasında qlobal güclər dayanır:

“Hindistanın bu hadisədən istifadə edərək Azərbaycana qarşı kampaniya aparması – arxasında geosiyasi maraqlar olan böyük bir oyundur. Bu hadisə ABŞ və Çin qarşıdurması fonunda regionda sabitliyi pozmağa yönəlib. Azərbaycan isə bu təxribatı doğru təhlil edərək ədalətli mövqe nümayiş etdirib”.

Natiq Miri hesab edir ki, Pakistan ərazisində törədilmiş terror aktı İslamabad üçün heç bir məntiqi maraq kəsb etmir və bu hadisəni törədən qüvvələr beynəlxalq şəbəkələrdən təlimat alıblar:

“Turistlərə qarşı həyata keçirilən silahlı hücumun Pakistanın maraqlarına xidmət etməsi mümkün deyil. Bu, müəyyən qlobal şəbəkələrin sifarişi ilə həyata keçirilmiş terror aktıdır. Əsl məqsəd Hindistanda daxili problemlərdən diqqəti yayındırmaq və hərbi əməliyyatlar üçün bəhanə yaratmaqdır”.

Politoloq Hindistanın bu məsələdə birtərəfli qaydada hərəkət etməsinin qarşılıqlı iqtisadi əlaqələrə də mənfi təsir göstərə biləcəyini vurğulayıb:

“Hindistan məhsullarının Azərbaycanda alınmamasına dair sosial kampaniya başlatmaq lazımdır. Əgər bu kampaniya genişlənərsə, Hindistanla ticarət əlaqələrinin tamamilə dayandırılması məsələsinə də baxıla bilər. Çünki bu gün Azərbaycan-Hindistan ticarət balansı Hindistanın xeyrinədir”.

Sonda o əlavə edib ki, Hindistan bu cür birtərəfli davranışla həm Azərbaycanla, həm də regiondakı digər dost ölkələrlə münasibətlərini risk altına atır:

“Azərbaycan tək deyil. Əgər proses ciddiləşərsə, bu məsələ sabah Türkiyə də daxil olmaqla, digər dost dövlətlərin reaksiyasına səbəb olacaq. Hindistan anlamalıdır ki, qarşısında güclü və prinsipial bir Azərbaycan dövləti var”.

Məhərrəm Əliyev


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv