Müəmmalı erkən insultun səbəbi

Müəmmalı erkən insultun səbəbi






presstv

"Presstv"az #Araşdırma, #Həkim, #Siqaret, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Kilya Universitetinin britaniyalı alimləri yaşı 50-dən aşağı olan insanlarda kriptogenik insultların – müəyyən səbəb olmadan insultların səbəbini açıqlayıblar.

presstvaz report-a istinadən xəbər verir ki, bu barədə araşdırma "Neurology Open Access" (NOA) elmi jurnalında dərc olunub.

Kriptogen insultlar həkimlər üçün sirr olaraq qalır və damar tıxanmasının səbəbi isə məlum deyil. Simptomlara zəiflik, nitq və görmə problemləri daxildir və nəticə ölümcül ola bilər. Təcrübədə insult keçirmiş 18-49 yaş arası 546 nəfər və eyni sayda sağlam insan iştirak edib.

Təhlillər göstərib ki, siqaret əsas risk faktorudur. İnsult qrupunda siqaret çəkənlərin 33%-i, nəzarət qrupunda isə 15% olub. Risk faktorları (alkoqol, qan təzyiqi və təhsil səviyyəsi) nəzərə alındıqdan sonra siqaret çəkənlərin insult keçirmə ehtimalı iki dəfə artıb.

Kişilər arasında risk üç dəfə, 45-49 yaşlı insanlar arasında isə demək olar ki, dörd dəfə artıb. İldə 20 qutudan çox siqaret çəkənlərin riski 4-7 dəfə yüksək olub. Alimlər insultların sayını azaltmaq üçün xüsusilə gənclər arasında siqaretə qarşı mübarizə tədbirlərini gücləndirməyə çağırıblar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv