Qanunvericilikdə həkimlikdən ömürlük məhrumetmə cəzası var? – VİDEO

Qanunvericilikdə həkimlikdən ömürlük məhrumetmə cəzası var? – VİDEO






presstv

"Presstv"az #Cərrahi əməliyyat, #Cinayət işi, #Hadisə, #Həkim, #Məhkum, #Səhiyyə Nazirliyi, #Sosial şəbəkələr, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son vaxtlar cərrahi əməliyyatdan öncə və ya əməliyyat zamanı dünyasını dəyişənlərlə bağlı xəbərləri tez-tez eşidirik. Sonuncu belə bədbəxt hadisə ötən gün Gəncədə baş verib.

presstvaz Xəzər TV-yə istinadən bildirir ki, belə hadisələr zamanı həkimlər işdən kənarlaşdırılır, barələrində cinayət işi açılır.

Bəzi hallarda isə sosial şəbəkələrdə iddialar yayılır ki, həmin həkimlər cəza müddətləri bitdikdən sonra yenidən eyni fəaliyyətlə məşğul olurlar. Maraqlıdır, əgər həkimin məhkumluq həyatı olubsa, o, yenidən, yəni cəza müddəti bitdikdən sonra bu sahədə çalışa bilərmi?

Hüquqşünas Şamil Paşayevin sözlərinə görə, hətta həkim bu hüquqdan məhrum olunsa belə, o, müəyyən vaxtdan sonra yenidən peşəsi ilə məşğul ola bilir. Bununla bağlı qanunvericilikdə heç bir qadağa yoxdur.

Hüquqşünans hesab edir ki, həkimlərin daha məsuliyyətli olmaları üçün bu tip hadisələr zamanı rəy verən qurum Səhiyyə Nazirliyinin tabeliyində olmamalıdır.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə tibb fəaliyyəti üzrə vəzifə tutma və ya həmin fəaliyyətlə məşğul olma hüququndan məhrum edilənlər qeyd edilən sahə üzrə fəaliyyət göstərə bilməzlər. Nazirlikdən mövzu ilə bağlı əlavə hər hansı şərh verilmədi.

Daha ətraflı videomaterialı təqdim edirik.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv