Qulaqlarda niyə cingilti olur? – Həkim AÇIQLADI

Qulaqlarda niyə cingilti olur? – Həkim AÇIQLADI






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Avropa, #Depressiya, #Həkim, #Sağlamlıq, #Stres

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qulaqlarda küy (tinnitus) – cingilti, uğultu, fit və ya xışıltı şəklində özünü göstərə bilən geniş yayılmış vəziyyətdir. Araşdırmalara görə, insanların 10-15%-i bu simptomlarla qarşılaşır.

presstvaz oxu.az-a istinadən xəbər verir ki, Avropa Tibb Mərkəzinin (EMC) audioloq-otorinolarinqoloqu Aleksandra Gerşevskaya bununla bağlı danışıb.

Onun sözlərinə görə, tinnitusun özü xəstəlik deyil, müxtəlif sağlamlıq problemlərindən xəbər verə bilən bir simptomdur.

"Qulaqda küyün səbəbləri müxtəlif ola bilər: qulaq kiri tıxacı – səslərin təhrif olunmasına səbəb olan xarici qulaq kanalının qulaq kiri ilə tıxanması; otit (qulaq iltihabı) – orta və ya xarici qulaqda infeksion proseslər; evstaxi borusunun funksiyasının pozulması, akustik travma – yüksək səs təsiri və ya sensor-nevral eşitmə zəifliyi. Bəzən küy damar və nevroloji patologiyaların (arterial hipertoniya, nevrozlar, stress, depressiya) göstəricisi ola bilər", – deyə həkim izah edib.

Aleksandra Qerşevskaya vurğulayır ki, əgər qulaqlarda küy bir neçə gün ərzində keçmirsə və ya güclənirsə, başgicəllənmə, eşitmənin zəifləməsi, baş ağrıları ilə müşayiət olunursa, həkimə müraciət etmək lazımdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv