Neft-qaz şirkətləri ilə əməkdaşlıq etmək istəyən KOB subyektlərinin nəzərinə!

Neft-qaz şirkətləri ilə əməkdaşlıq etmək istəyən KOB subyektlərinin nəzərinə!






presstv

"Presstv"az #Bakı, #Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

KOB-ların neft-qaz sənayesinin təchizat zəncirində iştirak imkanlarının genişləndirilməsi məqsədilə "Caspian Oil and Gas" sərgisində xüsusi stend təşkil olunacaqdır.

2-4 iyun tarixlərində Bakı Ekspo Mərkəzində 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi ("Caspian Oil and Gas") keçiriləcək. Sərgidə neft, qaz və energetika sahəsində fəaliyyət göstərən yerli və beynəlxalq aparıcı şirkətlər bir araya gələcək.

Kiçik və orta biznes subyektlərinin (KOB) neft-qaz sektorunun təchizat zəncirində iştirakının artırılması, bu sahədə əməkdaşlıq imkanlarının genişləndirilməsi və KOB-ların məhsul və xidmətlərinin tanıdılması məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) bu il də sərgidə KOB-ların iştirak etməsi üçün ayrıca stend quracaq.

Ödənişsiz əsaslarla sözügedən stenddə məhsul və xidmətlərini təqdim etməkdə maraqlı olan KOB-lar mayın 23-dək müvafiq formanı dolduraraq Agentliyə müraciət edə bilərlər (https://smb.gov.az/az/contact-form/exhibition-form/1). Qeyd edək ki, müraciət formasında "İştirak etmək istədiyiniz tədbir" bölməsində "Caspian Oil and Gas 2025" qeyd olunmalıdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv