8 saatdan çox işləyənlərin maaşları artacaq

8 saatdan çox işləyənlərin maaşları artacaq






presstv

"Presstv"az #Azərbaycan, #İqtisadi siyasət, #Milli Məclis, #Minimum əməkhaqqı, #sənaye və sahibkarlıq komitəsi, #Vüqar Bayramov

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanda əmək münasibətlərində yeni mərhələyə keçid müzakirə olunur: saatlıq minimum əməkhaqqı sisteminin tətbiqi artıq rəsmi səviyyədə gündəmdədir.

presstvaz xəbər verir ki, bu dəyişiklik Əmək Məcəlləsinə nəzərdə tutulan bir sıra islahatlardan biridir və hazırda aidiyyəti qurumlarla razılaşdırma mərhələsindədir.

Lakin bu təşəbbüs hələ qəbul edilmədən geniş ictimai və ekspert müzakirələrinə səbəb olub. Bu sistemin tətbiqi əmək bazarını necə dəyişəcək, vətəndaşlara və işəgötürənlərə hansı imkanları qazandıracaq?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov BAKU.WS-ə bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək qanunvericiliyinə iki yüzə yaxın dəyişiklik paketi hazırlanıb:

"Onlardan biri də məhz saatlıq əməkhaqqı sisteminə keçidlə bağlıdır. Bu sistem bir sıra aspektlərdən vətəndaşların xeyrinə hesab olunur və əmək münasibətlərində daha çevik, şəffaf və rəqabətədavamlı bir mühitin formalaşmasına töhfə verə bilər.

İlk növbədə, saatlıq əməkhaqqı sistemi insanlara eyni anda bir neçə iş yerində çalışma imkanı yaradacaq. Beləliklə, bir şəxs müxtəlif saatlarda fərqli müəssisələrdə rəsmi əmək müqaviləsi ilə işləyə və bu yolla əlavə gəlir əldə edə biləcək. Bu da öz növbəsində ümumi əməkhaqqının artımı ilə nəticələnə bilər.

Digər mühüm üstünlük isə əmək hüquqlarının daha güclü qorunması ilə bağlıdır. Hazırkı sistemdə bəzi işçilər gündəlik 8 saatlıq normadan artıq, eləcə də istirahət günlərində çalışdıqları halda bu əməyə görə əlavə ödəniş almırlar. Saatlıq əməkhaqqı sistemi isə görülən işin real vaxt üzrə hesablanmasına imkan verəcək və işçinin hər saatı əmək müqaviləsində nəzərdə tutulmuş şəkildə ödəniləcək".

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Vüqar Bayramov əlavə edib ki, bu sistem qeyri-rəsmi məşğulluğun azaldılmasında mühüm rol oynaya bilər: "Xüsusilə özəl sektorda bəzi işəgötürənlər əmək müqaviləsi bağlamadan işçi çalışdırmağa üstünlük verirlər. Lakin saatlıq əməkhaqqı sistemində əmək saatına əsaslanan qiymətləndirmə işəgötürəni hər bir işçi ilə müqavilə bağlamağa təşviq edəcək. Bu da əmək bazarında şəffaflığın və dövlət nəzarətinin güclənməsinə yol açacaq.

Növbəti mərhələdə bu sistemin hüquqi bazasının daha da təkmilləşdirilməsi və əmək qanunvericiliyinin uyğunlaşdırılması gözlənilir. Saatlıq əməkhaqqı sistemi yalnız işçilər üçün deyil, eyni zamanda işəgötürənlər üçün də çevik və optimal kadr idarəetməsi baxımından yeni imkanlar vəd edir".


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv