“Kişi döyülürsə, günah özündədir” – Qadınlar niyə aqressivləşiblər?

“Kişi döyülürsə, günah özündədir” – Qadınlar niyə aqressivləşiblər?






presstv

"Presstv"az #Ailə, #Azərbaycan, #Hadisə, #Məişət zorakılığı, #Nərimanov rayonu, #Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son illərdə Azərbaycanda qadınlar tərəfindən kişilərə qarşı fiziki və psixoloji zorakılıq halları artmaqdadır. Bu cür halların artdığına dair müxtəlif hadisələr qeydə alınır. Bir neçə gün əvvəl Nərimanov rayonunda 52 yaşlı kişi həyat yoldaşı tərəfindən döyülərək kəllə-beyin travması alıb. Bu, kişilərin qadınlar tərəfindən fiziki şiddətə məruz qalmasının nadir bir hal olmadığını göstərir.

Bəzi mütəxəssislər və paytaxt sakinləri bildirirlər ki, qadınların zorakılığa meyil etməsinə sosial gərginlik, ailədaxili münasibətlərin pozulması və qarşılıqlı hörmətin azalması kimi səbəblər səbəb ola bilər. Şərhlərdə qeyd olunur ki, qadınlar da psixoloji və emosional baxımdan həssas varlıqlardır və sosial təzyiqlər onların davranışlarına təsir göstərə bilər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci ilin ilk üç ayına dair məlumatına əsasən, məişət zorakılığına məruz qalanların 117 nəfəri qadın, 13 nəfəri kişi və 93 nəfəri uşaq olub. Maraqlıdır ki, fiziki zorakılığa məruz qalan kişilərlə bağlı isə heç bir rəsmi müraciət daxil olmayıb. Mütəxəssislər bunu kişilərin belə halları ictimailəşdirməkdən çəkinməsi ilə izah edirlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin məlumatına görə, qurumun müvafiq müəssisəsində məişət zorakılığından zərər çəkmiş şəxslər üçün Sosial Reabilitasiya Şöbəsi fəaliyyət göstərir. Hal-hazırda şöbədə 15 qadın və 2 uşaq olmaqla 17 nəfərə xidmət göstərilir. Lakin bu günə qədər oraya da bir nəfər də olsun kişi müraciət etməyib.

Ekspertlər bildirirlər ki, cinsindən və yaşından asılı olmayaraq, zorakılıq yolverilməzdir və hər bir halda qarşısı alınmalıdır. Kişilər də qadınlar kimi hüquqlara malikdir və zorakılığa məruz qaldıqları təqdirdə müvafiq qurumlara müraciət etməkdən çəkinməməlidirlər.

Ətraflı Baku TV-nin süjetində:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv