Bakının bu ərazisində nəhəng park salınır

Bakının bu ərazisində nəhəng park salınır






presstv

"Presstv"az #Bakı, #Bakı Şəhər İcra Hakimiyyəti, #Hakim, #Xətai rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakının Xətai rayonundakı mövcud "Sevgililər Parkı"nın ərazisi genişləndiriləcək.

presstvaz İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumat verib. Məlumata görə, parkın davamının dizayn layihəsi, konsept layihəsi hazırlanaraq təsdiq ediləcək.

Bundan əlavə, layihədə parkın davamının şəhərsalma əsaslandırılması, baş planı, memarlığı, elektrik təchizatı, yanğın siqnalizasiya, videomüşahidə və su və kanalizasiya sistemi, eləcə də parkın işıqlanması, parkda Wi-Fi sistemi və s. məsələlər öz əksini tapacaq. Bundan başqa, paytaxtda 5 ha ərazidə yeni salınacaq parkın da layihəsi hazırlanacaq.

Həmçinin Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq və yenidənqurma işləri aparılacaq.

Bildirilib ki, hazırda bununla layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb.

BŞİH layihələrin hazırlanmasını "Az.Arxitektura" şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb. Müqaviləyə əsasən, layihələrin hazırlanması 3 milyon manata başa gələcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv