Kriptovalyuta müqabilində göz bəbəyinin skanerlənməsi: “OpenAI”ın rəhbəri tərəfindən yeni layihə

Kriptovalyuta müqabilində göz bəbəyinin skanerlənməsi: “OpenAI”ın rəhbəri tərəfindən yeni layihə






presstv

"Presstv"az #ABŞ, #Atlanta, #Dollar, #Kriptovalyuta, #Los-Anceles, #OpenAI

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“OpenAI” şirkətinin baş direktoru Sem Altmanın rəhbərlik etdiyi və əvvəl “Worldcoin” kimi tanınan “World” layihəsi ABŞ-də yenidən aktivləşib. Layihənin məqsədi insanların göz bəbəklərinin skaner vasitəsilə unikal rəqəmsal şəxsiyyət identifikatoru yaratmaqdır. Bu identifikatorla istifadəçilər müxtəlif platformalara daxil ola biləcəklər.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə CNBC xəbər yayıb.

“Orb” adlı cihazla üz, həmçinin göz bəbəyi skanerdən keçirilir və “IrisCode” adlı xüsusi kod yaradılır. Verifikasiya keçənlərə “World” (WLD) kriptovalyutası verilir.

Hazırda “Minecraft”, “Reddit”, “Telegram”, “Shopify” və “Discord” bu sistemi dəstəkləyən platformalar arasındadır.

Verifikasiya mərkəzləri Ostin, Atlanta, Los-Anceles, Neşvill, Mayami və San-Fransiskoda açılıb.

Layihə, həmçinin “Visa” ilə əməkdaşlığa başlayıb və yayda “World Visa” adlı yeni kart buraxmağı planlaşdırılır.

“Tinder” tanışlıq platforması isə yaş yoxlanışı üçün “World ID”dən istifadəni sınaqdan keçirəcək.

Layihəni Altmanın yaratdığı “Tools for Humanity” startapı hazırlayıb.

Şirkət 140 milyon dollardan çox sərmayə cəlb edib və bir milyard dollar dəyərində qiymətləndirilib.

Hazırda 26 milyon qeydiyyatdan keçmiş istifadəçi var, onlardan 12 milyonu artıq biometrik verifikasiyadan keçib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv