Sızanaqların qarşısını alan qidalar açıqlandı: Həkimdən vacib tövsiyələr

Sızanaqların qarşısını alan qidalar açıqlandı: Həkimdən vacib tövsiyələr






presstv

"Presstv"az #Düzgün qidalanma, #Həkim, #Omega-3, #Rusiya, #Siqaret

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Şəkərli qidalar, yüksək qlisemik indeksə malik məhsullar və süd məhsulları sızanaqların yaranmasını sürətləndirə bilər”.

presstvaz-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı kosmetoloq və dermatoveneroloq Amina Axmatova xəbərdarlıq edib.

Mütəxəssisin sözlərinə görə, düzgün qidalanma dərinin vəziyyətinə əhəmiyyətli dərəcədə təsir edir.

“Bu məhsullar qanda şəkərin və insulin səviyyəsinin artmasına səbəb olur ki, bu da dəridə piyin çox ifraz olunmasına gətirib çıxarır. Həmçinin fastfud, marqarin və çipslərdə olan zərərli yağlar da iltihabı gücləndirə bilər”.

Axmatova sızanaqların qarşısını almaq üçün rasiona omega-3 yağ turşuları ilə zəngin olan qidaların daxil edilməsini tövsiyə edib.

“Bunlara balıq, dəniz məhsulları, kətan toxumu yağı və qoz-fındıq daxildir. Eyni zamanda, A, D, B12 vitaminləri və xüsusilə sink kimi mikroelementlərlə zəngin qidaların qəbulu faydalıdır. Daha çox tərəvəz yemək və müntəzəm, balanslı qidalanmaq vacibdir”, – deyə həkim əlavə edib.

Axmatova, həmçinin siqaret və alkoqoldan uzaq durmağı tövsiyə edib. Onun sözlərinə görə, bu vərdişlər təkcə dəriyə deyil, ümumilikdə immun sisteminə mənfi təsir göstərir.

Qeyd edək ki, qara nöqtələrin yaranmasında əsas rolu genetik və hormonal amillər oynayır. Pəhriz isə müalicəyə dəstək məqsədi daşıyır və nəticələrin daha effektiv olmasına kömək edir. Dəri səpkiləri müşahidə edildikdə, mütləq dermatoloqa müraciət olunmalıdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv