Paytaxtda dərs zamanı şagird vəhşicəsinə döyüldü

Paytaxtda dərs zamanı şagird vəhşicəsinə döyüldü






presstv

"Presstv"az #Araşdırma, #Araşdırma aparılır., #Bakı, #Hadisə, #Münaqişə, #Psixoloq, #Səbail, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakının Səbail rayonunda yerləşən 239 nömrəli məktəbin 7-ci sinif şagirdi Y.Talıbov dərs zamanı sinif yoldaşı tərəfindən döyülüb.

presstvaz Teleqraf-a istinadən xəbər verir ki, nəticədə onun qolu sınıb, sol biləyindən və sağ baldırından zədə alıb.

Şagirdə 15 saylı poliklinikada tibbi yardım göstərilib.

Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşları faktla bağlı məktəbdə olublar.

Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Məsələ ilə bağlı 239 nömrəli məktəbdən bildirilib ki, aprelin 30-da dərsdən öncə (saat 07:40-da) təhsil müəssisəsinin 7-ci sinfinin iki şagirdi arasında münaqişə yaranıb:

“Lakin uşaqlar bu haqda müəllimlərə və məktəb rəhbərliyinə heç bir məlumat verməyiblər. Şagirdlərdən birinin barmağından zədə aldığı haqda valideyn bu gün sinif rəhbərini məlumatlandırıb”.

Bildirilib ki, mayın 1-də şagirdlərin valideynləri məktəbə dəvət edilib:

“Şagirdlərdən birinin valideyni məktəbə gəlməsə də, digər valideynlə söhbət aparılıb, övladının davranışına diqqətin artırılması yönündə tövsiyələr verilib. Məktəb psixoloqu tərəfindən uşaqlarla bağlı müvafiq maarifləndirici tədbirlərə başlanılıb. Məktəbdə şagirdlərin davranış qaydalarına əməl etmələrinə diqqət daha da artırılıb, təlim-tərbiyə prosesinə uyğun olmayan hallara qarşı maarifləndirmə işi genişləndirilib. Məktəb rəhbərliyi tərəfindən məsələ nəzarətə götürülüb, aidiyyəti qurumlarla birgə müvafiq tədbirlərin görülməsi yönündə işlər aparılır”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv