“Expressbank” Qida Təhlükəsizliyi Agentliyinin layihəsinə qoşulub

“Expressbank” Qida Təhlükəsizliyi Agentliyinin layihəsinə qoşulub






presstv

"Presstv"az #Azərbaycan, #Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), #Expressbank, #Həkim, #Sağlam həyat tərzi, #Sağlam qidalanma, #Sağlamlıq, #Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Expressbank” əməkdaşları üçün “Sağlamlıq ayı” çərçivəsində yekun tədbir Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə birgə həyata keçirilib.

Bank AQTA-nın BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Nutrisiologiya və Diyetologiya Assosiasiyası (NÜDİA) ilə birgə həyata keçirdiyi “Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!” adlı layihəyə qoşulub.

Belə ki, tədbir zamanı AQTİ-nin şöbə müdiri Rəşad Mehdizadə AQTA-nın həyata keçirdiyi maarifləndirici layihələr barədə ətraflı məlumat verib. Qeyd edib ki, AQTA sağlam qidalanmanın əhəmiyyətini daha geniş kütləyə çatdırmaq və əhalini bu sahədə maarifləndirmək məqsədilə belə bir təşəbbüsə başlayıb.

Həmçinin AQTİ-nin eksperti, həkim-dietoloq Tutu Zeynalova “Expressbank” əməkdaşlarına sağlam qidalanma vərdişləri və bu vərdişlərin həyat keyfiyyətini artırması mövzusunda ətraflı məlumat verib. Bank əməkdaşlarının gündəlik qidalanma vərdişləri ilə bağlı suallarını cavablandırıb.

Qeyd edək ki, “Expressbank”da 7 aprel – Ümumdünya Sağlamlıq Günü münasibətilə, aprel ayı “Sağlamlıq ayı” olaraq qeyd olunub. “Sağlam komanda” korporativ sosial məsuliyyət layihəsi çərçivəsində daxili kommunikasiyanın möhkəmləndirilməsi məqsədilə ay ərzində müxtəlif mövzularda ardıcıl sağlamlıq əhəmiyyətli tədbirlər həyata keçirilib. Bankın bu təşəbbüsləri reallaşdırmaqda əsas məqsədi əməkdaşlarının fiziki və psixoloji rifahına dəstək olmaq, onların sağlam həyat tərzi vərdişlərinə töhfə verməkdir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv