“Azercell” “ADA Employability Week 2025” təşəbbüsünə qatılıb

“Azercell” “ADA Employability Week 2025” təşəbbüsünə qatılıb






presstv

"Presstv"az #Azercell

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC ADA Universitetinin təşkilatçılığı ilə keçirilən “Employability Week 2025” təşəbbüsündə fəal iştirak edib. Proqramın əsas məqsədi tələbələri müasir əmək bazarının tələbləri ilə tanış etmək, onların peşəkar bacarıqlarını inkişaf etdirmək və gələcək karyera imkanlarını genişləndirmək idi.

Proqram çərçivəsində “Azercell”in müxtəlif sahələrdə fəaliyyət göstərən mütəxəssisləri tələbələrə emosional zəka, sənaye icmalı, müsahibəyə hazırlıq, iş etikası, innovasiya və sahibkarlıq, şəxsi brendinq kimi mövzularda təlimlər keçiblər. Eyni zamanda, şirkətin İnsan kapitalı şöbəsinin əməkdaşları proqram iştirakçılarına “Azercell”də mövcud olan karyera və təcrübə imkanları, eləcə də işə qəbul prosesi barədə ətraflı məlumat təqdim ediblər. Proqramın sonunda “Azercell” fərqlənən tələbələrə şirkətin yay təcrübə proqramında iştirak etmək imkanı yaradacaq. Tələbələrin adları may ayının 2-də ADA Universitetində baş tutacaq bağlanış mərasimində açıqlanacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv