“Nar”ın dəstəyi ilə tələbələr üçün təlimlər keçirildi

“Nar”ın dəstəyi ilə tələbələr üçün təlimlər keçirildi






presstv

"Presstv"az #Azərbaycan, #Gəncə şəhəri, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sərfəli təklifləri və regionlara diqqəti ilə seçilən “Nar” Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetinin (ATU) tələbələri üçün təlimlər təşkil edib.

presstvaz bildirir ki, bu təşəbbüs tələbələrin peşəkar bacarıqlarını inkişaf etdirmək və onların iş bazarına hazırlığını artırmaq məqsədini daşıyır.

Təlimlərdə mobil rabitənin əsasları ilə bərabər əmək bazarında təcrübə qazanmaq, eləcə də, uğurlu karyera hədəflərinin seçilməsi istiqamətində faydalı biliklər təqdim edildi.

Bundan başqa, universitetin nəzdindəki “Nar Laboratoriyası”nın avadanlıqlarının təqdimatı və işləmə prinsipləri ilə tanışlıq məqsədilə, universitetin müəllim heyətinə xüsusi təlim keçirildi. Bu təlim sayəsində tələbələr mobil rabitə şəbəkəsini təhsil aldıqları müddətdə öz müəllimlərindən öyrənə biləcək və təhsillərini təcrübəli kadr kimi başa vuracaqlar.

Təlimlər “Nar”ın Korporativ Sosial Məsuliyyət strategiyasının təhsil istiqaməti üzrə və Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. “Nar”ın məqsədi universitetin tələbələrini əsl peşəkar kimi yetişdirərək Azərbaycanın əmək bazarı üçün mütəxəssis hazırlamaq və ölkənin mobil rabitə sahəsinin inkişafına töhfə verməkdir.

“Nar”ın həyata keçirdiyi təhsilyönümlü sosial layihələr haqqında ətraflı məlumatı operatorun rəsmi saytından (nar.az) əldə edə bilərsiniz.

“Nar” hal-hazırda 2.2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son altı ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv