Altı ayda zərərli kontent yayan iki minə yaxın internet resursu aşkarlanıb

Altı ayda zərərli kontent yayan iki minə yaxın internet resursu aşkarlanıb






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Elektron Təhlükəsizlik Xidməti son 6 ay ərzində zərərli kontent yayan 2 000-ə yaxın internet resursu müəyyən edilərək məhdudlaşdırıb. 184 “web defacement”lə real DDoS hücumları operativ şəkildə zərərsizləşdirilib. 1.5 milyondan artıq məlumat sızıntısı faktları aşkarlanaraq müvafiq reaksiya tədbirləri həyata keçirilib”.

presstvaz xəbər verir ki, bu fikirləri Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü münasibətilə Bakıda keçirilən “Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri” adlı tədbirdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov deyib.

Altı ayda zərərli kontent yayan iki minə yaxın internet resursu aşkarlanıb

O bildirib ki, bu müdafiə sisteminin tamamlayıcı hissəsi isə vətəndaşların rəqəmsal savadlılığının artırılmasıdır:

“Dövlətin kiber müdafiə mexanizmləri nə qədər güclü olsa da, son nöqtədə qərarı vətəndaşın özü verir. Rəqəmsal mühitdə təhlükəsiz davranış qaydalarını bilmək, şəxsi məlumatlara düzgün rəftar etmək, onlayn xidmətlərdən məsuliyyətlə yararlanmaq istehlakçı hüquqlarının qorunmasında dövlət tədbirləri qədər vacibdir. Elektron ticarətin sürətlə genişləndiyi, dövlət xidmətlərinin onlayn platformalara köçürüldüyü bir dövrdə istehlakçıların hüquqlarının qorunması yalnız qanunvericilik məsələləri ilə deyil, həm də rəqəmsal infrastrukturun keyfiyyəti ilə bağlı məsələdir”.

O əlavə edib ki, şəxsi məlumatların qorunması, təhlükəsiz ödəniş mexanizmləri, xidmətlərin şəffaflığı və etibarlılığı, rəqəmsal platformaların mövcudluğu müasir istehlakçı hüquqlarının əsas sütunudur:

“Bu gün elektron ticarət platformalarında xidmət və məhsul alan istehlakçıların hüquqlarının qorunması, şəffaf müqavilə şərtlərinin təmin edilməsi və təhlükəsiz ödəniş mexanizmlərinin mövcudluğu xüsusi diqqət tələb edir. Dövlət tərəfindən həyata keçirilən rəqəmsal transformasiya tədbirləri məhz bu sahədə etibarlı və təhlükəsiz mühitin formalaşmasına birbaşa xidmət edir. Bu mühitin dayanıqlı və davamlı olması üçün kiber təhlükəsizlik məsələləri çox vacibdir. Aktiv müdafiə mexanizmləri olmadan qurulmuş hər hansı rəqəmsal infrastruktur tam mənada etibarlı sayıla bilməz”.

S.Məmmədov sonda qeyd edib ki, etibarlı rəqəmsal identifikasiya və məlumat müdafiəsi mexanizmləri eyni zamanda elektron ticarət mühitinin sağlam inkişafının əsas hissəsini təşkil edir:

“Çünki istehlakçının onlayn platformada alış-veriş edərkən ehtiyac duyduğu əsas şey məhz bu iki məsələdir: kimliyin doğruluğuna inam və məlumatların qorunacağına zəmanət. Bu zəmin mövcud olduqda elektron ticarət iqtisadi imkana çevrilir, olmadıqda isə təbii ki, risk mənbəyinə çevrilir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv