Sızanaq peyvəndi hazırlandı – Dünyada ilk

Sızanaq peyvəndi hazırlandı – Dünyada ilk






presstv

"Presstv"az #Bakteriya, #Fransa

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sızanaq üçün ilk peyvənd hazırlanıb və hazırda sınaq mərhələsindədir.

presstvaz euronews-a istinadən xəbər verir ki, əgər klinik sınaqlar uğurla başa çatsa, bu peyvənd dünyada satışa çıxarılan ilk sızanaq peyvəndi olacaq.

Peyvəndi mərkəzi Fransada olan Sanofi şirkəti üzündə orta və ağır dərəcədə sızanaq problemi olan böyüklər üçün hazırlayıb. Sızanaq adətən yeniyetmələrdə hormonal dəyişikliklərə həssaslıq səbəbindən yaranır, lakin genetik amillər, dərmanlara qarşı həssaslıq və C. acnes bakteriyası da bu problemin yaranmasına səbəb ola bilər.

Yeni peyvənd mRNA texnologiyası ilə hazırlanıb və orqanizmin bu bakteriyaya qarşı immun cavabını gücləndirməsi məqsədi daşıyır. Bu texnologiya bədənin patogenə qarşı müdafiəsini öncədən hazırlayaraq gələcəkdə onu tanımasına və mübarizə aparmasına kömək edir.

2024-cü ilin aprelində başlanan klinik sınaqlar 2027-ci ilə qədər davam edəcək və bu müddətdə 18-45 yaş arasında olan, üzündə orta və ağır dərəcədə sızanaq problemi yaşayan 400 nəfər iştirak edəcək.

Əvvəlki sızanaq müalicələri uzun müddət davam edən və ağır yan təsirlərlə müşayiət olunan üsullar idi, bu peyvənd isə həmin müalicə formalarını əvəz edə bilər. /milli.az


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv