Türkiyəli iş adamları Abşeron Ticarət Mərkəzində: Yeni əməkdaşlıq imkanları müzakirə edildi

Türkiyəli iş adamları Abşeron Ticarət Mərkəzində: Yeni əməkdaşlıq imkanları müzakirə edildi






presstv

"Presstv"az #Azərbaycan, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

26 aprel tarixində OGİD-in (Ordu Gənc İş İnsanları Dərnəyi) təşkilatçılığı ilə Türkiyənin aparıcı iş adamları Abşeron Ticarət Mərkəzində keçirilən işgüzar səfərdə iştirak etdilər. Bu səfər Türkiyə ilə Azərbaycan arasında mövcud olan möhkəm dostluq bağlarının iqtisadi platformada öz əksi oldu. Səfər çərçivəsində logistika, tikinti, kənd təsərrüfatı, xidmət sektoru və innovasiya texnologiyaları kimi sahələr üzrə əməkdaşlıq imkanları müzakirə edildi, panel müzakirələr, təqdimatlar və B2B formatında görüşlər keçirildi.

Azərbaycan-Türkiyə iqtisadi münasibətləri fonunda startapların təşviqi və yerli bizneslərin beynəlxalq bazarlara çıxışına dəstək mövzusunda yeni imkanlar araşdırıldı.

Abşeron Ticarət Mərkəzi bu mühüm görüşlər üçün ideal məkan kimi çıxış edərək iştirakçılara rahat müzakirə və şəbəkələşmə imkanı təqdim etdi. Mərkəzin müasir infrastruktur imkanları və biznesyönümlü mühiti bu cür beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi üçün nümunəvi platforma rolunu oynadı.

Gələcəkdə də Abşeron Ticarət Mərkəzi bu tip işgüzar, iqtisadi körpülərin qurulmasında aktiv iştirakçı olmağı qarşısına məqsəd qoyur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv