Qazaxda mina partlayışı nəticəsində xəsarət alan şəxsin SON VƏZİYYƏTİ AÇIQLANDI

Qazaxda mina partlayışı nəticəsində xəsarət alan şəxsin SON VƏZİYYƏTİ AÇIQLANDI






presstv

"Presstv"az #Azərbaycan, #Ermənistan, #Hadisə, #Mina partlayışı, #Qazax, #Təcili Tibbi Yardım, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İşğaldan azad edilmiş Qazax rayonunun Qızılhacılı kəndində mina partlaması nəticəsində xəsarət alan şəxsin son vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) presstvaz-ın sorğusuna cavab olaraq bildirilib ki, aprelin 28-də, saat 9:45-də mina partlayışı hadisəsi səbəbilə xəsarət alan bir nəfər (kişi cinsli) Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

“Alın nahiyəsinin göz ətrafı toxumalarının və burunun çapılmış yarası diaqnozu təyin olunan 1985-ci il təvəllüdlü şəxsə zəruri tibbi xidmət göstərildikdən sonra, tibb müəssisəsinin Cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti stabil qiymətləndirilir”, – deyə məlumatda bildirilir.

13:16

İşğaldan azad edilmiş Qazax rayonunun Qızılhacılı kəndi ərazisində 2025-ci il 28 aprel tarixində mina partlayıb.

presstvaz xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi məlumat yayıb.

Agentliyin əməkdaşı, 1985-ci il təvəllüdlü Elnur Oruc oğlu Paşayev xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Paşayev Elnur bədənin müxtəlif nahiyələrində yüngül xəsarətlər alıb.

Xəsarət alan əməkdaş rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.

Xatırladaq ki, Qızılhacılı kəndi 2024-cü il mayın 24-də Bağanıs Ayrım, Aşağı Əskipara və Xeyrımlı ilə birlikdə Ermənistan tərəfindən Azərbaycana qaytarılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv