İran Azərbaycan səfirliyinə hücum edən şəxsi edam etməyə hazırdır

İran Azərbaycan səfirliyinə hücum edən şəxsi edam etməyə hazırdır






presstv

"Presstv"az #Azərbaycan, #Hakim, #İran, #Tehran, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan səfirliyinə hücumun günahkarının edam edilməsi üçün bütün hazırlıqlar tamamlanıb.

presstvaz xəbər verir ki, bunu İranın məhkəmə hakimiyyətinin sözçüsü Əsgər Cahangir Məhkəmə İslahatları Qərargahının iclası çərçivəsində bildirib.

Sözçü IRNA müxbirinin Azərbaycanın Tehrandakı səfirliyinə hücumun səbəbkarının taleyi ilə bağlı sualına cavab olaraq qeyd edib ki, məhkəmə bu hökmü icra etməyə hazırdır.

“Qanunvericiliyə əsasən, hökmün icrası mərhumun valideynlərinin və ya onların vəkilinin məhkəməyə müraciət etməsi və ya hökmün icra olunduğu vaxt prosesdə iştirak etməsi ilə mümkün olacaq. İndiyədək mərhumun valideynləri və ya onların vəkili hökmün icrası üçün müraciət etməyiblər. Buna görə də, məhkəmə sisteminin tam hazırlıqlı olmasına baxmayaraq, hökm hələ icra edilməyib. Hökmün icrası üçün icra günü təyin olunmalıdır və ya mərhumun valideynləri və onların nümayəndəsi hökmün icra olunmasını istədiklərini bildirməlidirlər”, – Əsgər Cahangir deyib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv