Beynəlxalq hüquq eksperti: “Ermənistan Azərbaycandan üzr istəməlidir”

Beynəlxalq hüquq eksperti: “Ermənistan Azərbaycandan üzr istəməlidir”






presstv

"Presstv"az #Azərbaycan, #Ermənistan, #Hakim, #Müharibə, #Münaqişə, #Silahlı münaqişə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Beynəlxalq hüquqa əsasən, minaların basdırılması cinayətdir və insan haqlarının çox ciddi şəkildə pozulmasıdır. Çünki ərazilərin minalanması siyasəti beynəlxalq humanitar hüququn fundamental norma və prinsiplərinin, o cümlədən 1949-cu ildə imzalanan Cenevrə Konvensiyalarının pozulmasıdır. Ermənistanın da Azərbaycan ərazilərində basdırdığı minalar İnsan Haqları üzrə Cenevrə Konvensiyasının 3-cü maddəsini pozur. Konvensiyanın 3-cü maddəsi sənədi imzalayan dövlətin ərazisindəki, vətəndaşlığından və vətəndaşlığın olmamasından asılı olmayaraq bütün şəxslər tərəfindən beynəlxalq xarakter daşımayan silahlı münaqişə zamanı riayət edilməli olan minimum müdafiə tədbirlərini təsvir edir. Buna baxmayaraq, Ermənistan beynəlxalq müqavilələrlə üzərinə götürdüyü öhdəliklərə məhəl qoymadan Azərbaycan ərazilərini minalarla çirkləndirib və bunun nəticəsində indiyədək xeyli sayda mülki vətəndaş və hərbçi həyatını itirib”.

presstvaz bildirir ki, bunu Oxu.az-a açıqlamasında beynəlxalq hüquq üzrə ekspert Ferhat Aznevi deyib.

O bildirib ki, beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq bölgəni minalarla zəhərləyən Ermənistanın dəqiq mina xəritələrini Azərbaycana təhvil verməkdən imtina etməsi hələ də çox sayda günahsız insanın ölümünə səbəb olur, ona görə də Ermənistan beynəlxalq hüquqla bu insan itkilərinə görə bir dövlət kimi məsuliyyət daşıyır və bu çərçivədə üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir:

“Erməni tərəfi dəqiq mina xəritələrini Azərbaycana təqdim etməli, bu günə qədər dəymiş itkilərə görə təzminat ödəməli və dövlət olaraq üzr istəməlidir”.

“Qarabağ müharibəsi başa çatana və Azərbaycan dövləti şəksiz qələbəsinə nail olana qədər Ermənistan, əsasən, rəsmi olaraq bəyan edirdi ki, bir dövlət olaraq Qarabağ bölgəsində baş verən münaqişələrə görə məsuliyyət daşımır və Azərbaycanla tərəf keçmiş qondarma rejimdir. Amma bu iddia iki şəkildə darmadağın olub. Birincisi, Azərbaycanla Ermənistan arasında 1994-cü ildə imzalanan atəşkəs üzrə Bişkek razılaşmasında Ermənistan faktiki olaraq qarşı tərəf kimi iştirak edib, ikincisi, 2020-ci ilin 10 noyabrında imzalanan Üçtərəfli Bəyannamədə yenə də qarşı tərəf Ermənistan olub. Bununla yanaşı, iki ölkə arasında gerçəkləşən sonrakı danışıqlarda da məhz tərəf kimi Ermənistanın iştirakı açıq-aydın göstərir ki, bu ölkə 1988-ci ildən etibarən Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilən işğal və terror aktlarına görə müharibə hüququ və beynəlxalq hüquq çərçivəsində bir dövlət kimi birbaşa məsuliyyət daşıyır.

Bu kontekstdə, Ermənistan mina cinayəti ilə bağlı beynəlxalq hüquq normalarını və Cenevrə Konvensiyalarını pozduğu üçün, eləcə də işğalın digər nəticələrinə görə məsuliyyət daşıyır. Buna görə də Ermənistan hakimiyyəti və minabasdırma əməliyyatına rəhbərlik edən şəxslərin Beynəlxalq Cinayət Məhkəməsində mühakimə olunması üçün kifayət qədər əsaslar mövcuddur. Eyni zamanda, mina xəritələri verilmədiyi və buna görə də itkilərin hələ də davam etdiyi üçün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına da müraciət edilə bilər”, – deyə ekspert əlavə edib.

Mərahim Nəsib


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv