Tələbələrin arzuları Çin olur – Yeni universitet yaradılır

Tələbələrin arzuları Çin olur – Yeni universitet yaradılır






presstv

"Presstv"az #ABŞ, #Almaniya, #Avropa, #Azərbaycan, #Böyük Britaniy, #Böyük Britaniya, #Çin, #elmi tədqiqat, #Fransa, #informasiya texnologiyaları, #İtaliya, #Kamran Əsədov, #Rusiya, #Təhsil, #Türkiyə, #Universitetlər

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azərbaycan və Çin arasında birgə universitetin yaradılması ölkənin ali təhsil sistemində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilməlidir. Bu əslində son illərdə Azərbaycanda beynəlxalq əməkdaşlığa əsaslanan universitetlərin yaradılması tendensiyasının davamıdır. Hazırda ölkəmizdə Türkiyə-Azərbaycan Universiteti, ADA Universiteti nəzdində İtaliya-Azərbaycan Universiteti və Fransız-Azərbaycan Universiteti (UFAZ) uğurla fəaliyyət göstərir. Statistikaya nəzər salsaq, bu tip ikili diplom proqramları və birgə təhsil müəssisələri Azərbaycan ali təhsil sektorunda beynəlxalq rəqabətə çıxmaq və müxtəlif ölkələrin qabaqcıl təhsil təcrübələrini ölkəmizə gətirmək məqsədi daşıyır”.

presstvaz xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib.

O bildirib ki, Çin universitetləri son illərdə beynəlxalq reytinqlərdə ciddi yüksəliş nümayiş etdirir. 2024-cü ilin QS World University Rankings nəticələrinə görə, Pekin Universiteti (Peking University) və Tsinghua Universiteti Asiyada ilk yerləri tutur və dünyada TOP 20-likdə qərarlaşır. Ümumilikdə isə Çin universitetlərinin sayı 3000-dən çoxdur və hər il on minlərlə xarici tələbə qəbul edilir. Çin ali təhsilinin inkişafı, xüsusilə elmi tədqiqat, texnologiya və mühəndislik sahələrində dünya miqyasında nüfuz qazanıb. Hazırda Çin universitetləri beynəlxalq nəşrlərin sayına, ixtiralarına və patentlərinə görə ABŞ, Böyük Britaniya və Almaniya universitetləri ilə rəqabət aparır:

“Azərbaycanda Çin-Azərbaycan Universitetinin açılması ilk növbədə ölkəmizə Çin təhsilinin elmi potensialı, yeni texnologiyaların və innovativ tədris metodlarının gətirilməsi deməkdir. Bu universitet Çin dili, mədəniyyətinin, texnologiyasının, iqtisadiyyatının öyrənilməsi üçün unikal imkanlar yaradacaq, tələbələrin həm Asiya, həm də Avropa təhsil standartlarına çıxışını təmin edəcək. Bundan əlavə Çin-Azərbaycan Universiteti iqtisadi, ticarət, mühəndislik, informasiya texnologiyaları və logistika sahələrində yeni kadrların hazırlanmasında mühüm rol oynayacaq. Nəzərə alsaq ki, Çin artıq Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından birinə çevrilib və “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində regionun strateji tərəfdaşıdır, bu universitet yalnız təhsil deyil, iqtisadi əməkdaşlığın da inkişafına təkan verəcək.

Dünyada belə birgə universitet nümunələri az deyil. Məsələn, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MGIMO) və Çin universitetlərinin, həmçinin Sinqapur Texnologiya və Dizayn Universiteti ilə MIT (ABŞ) arasında birgə layihələr uğurla reallaşdırılıb. Rusiyada Moskva-Cənub-Çin Universiteti, Fransada Çin-Fransa Universiteti kimi layihələr də var. Bu modellər bir qayda olaraq hər iki ölkənin təhsil proqramlarının sintezi, müəllim mübadiləsi, ikili diplom, tələbələrin qarşılıqlı təcrübə proqramları ilə xarakterizə olunur və məzunların beynəlxalq əmək bazarında rəqabət qabiliyyətini xeyli artırır”.

Ekspert qeyd edib ki, Azərbaycan üçün Çin universiteti ilə birgə qurulan ali məktəb yeni bilik və texnologiyaların transferi, gənclərin dünya elminə inteqrasiyası və Asiya bazarına çıxış imkanlarının genişlənməsi baxımından mühüm mərhələ olacaq.

“Əsas üstünlüklər kimi Çinin yüksək reytinqli təhsil standartları, elmi-tədqiqat potensialı, sənaye və texnologiya sahəsində təcrübəsi, həmçinin iki ölkə arasında iqtisadi əlaqələrin dərinləşməsi üçün yeni peşəkar mühitin formalaşması göstərilə bilər. Bu addım Azərbaycanın təhsil sektorunda yeni nəfəs, regionda isə strateji innovasiya və təhsil mərkəzinə çevrilməsi istiqamətində ciddi imkanlar yaradacaq”. /milli.az


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv