“Huawei” ilə əlaqəli təşkilatlar qara siyahıya salındı

“Huawei” ilə əlaqəli təşkilatlar qara siyahıya salındı






presstv

"Presstv"az #Araşdırma, #Avropa, #Avropa Komissiyası, #Belçika, #Çin

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avropa Komissiyası (AK) Avropa Parlamentində (AP) Çin texnoloji şirkətinin xeyrinə ola biləcək korrupsiya faktları ilə bağlı araşdırmadan sonra işçilərin Çinin “Huawei” şirkəti ilə əlaqəsi olan təşkilatların nümayəndələri ilə görüşməyi qadağan edib.

presstvaz xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat verib.

Belçika prokurorlarının Çin korporasiyasının paytaxt Brüsseldə fəaliyyəti ilə bağlı korrupsiya işi üzrə araşdırmaya başlamasından bir neçə gün sonra, mart ayında “Huawei” rəsmiləri ilə təmasları və görüşləri qadağan edib. Bəyanatda qadağanın “Huawei” adından fəaliyyət göstərən istənilən vasitəçilərə şamil edildiyi açıqlanıb.

Belçikalı müstəntiqlər mart ayında 2021-ci ildə AP-nin səkkiz deputatına onu dəstəkləmək məqsədilə açıq məktub yazmaq üçün pul ödədiyi iddia edilən şirkətlə bağlı araşdırmaya başlayıblar. Həmin ilin fevral ayında üç Aİ komissarı səkkiz AP üzvündən məktub alıb ki, Aİ və Çin arasında geosiyasi gərginlik cəmiyyətdə 5G şəbəkələrinin inkişafına təsir göstərməməlidir. Nəşr qeyd edir ki, 5G işi üzrə materiallarda adı çəkilən bu mesaj Çin korporasiyasının maraqları üçün lobbiçiliyin əsas sübutu hesab olunur, baxmayaraq ki, “Huawei”in orada birbaşa adı çəkilmir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv